Axtarış...

`28 May` neft-qaz çıxarma idarəsinin rəisi NƏ İŞLƏ MƏŞĞULDUR... - İLGİNC İDDİALAR...

`28 May` neft-qaz çıxarma idarəsinin rəisi NƏ İŞLƏ MƏŞĞULDUR... - İLGİNC İDDİALAR...

Tanınmış hüquq-müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı bu dəfə özündə vətəndaş nəzarətini əks etdirən bir məlumatı paylaşıb. Daha dəqiqi, burada söhbət "28 may" Neft-Qaz Çıxarma İdarəsi işçisinin gileyindən gedir.

Şikayətdə deyilir: "Biz 28 may NQÇİ-nin işçiləriyik Neft Daşları sahəsində işləyirik
Biz bilmirik bu "Qara Qarayev" gəmisi yük gəmisidir, yoxsa sərnişin?
Bu gün (srağagün) 3 reys gəmi olmalı idi. İki reys gəmi oldu. 3-cü reysi təxirə saldılar. Guya hava şəraiti ilə əlaqədar. Bu gün (srağagün) 2-ci reys neft daşlarına getməzdən əvvəl 2 saat Akif müəllimin ərzaqın yükləyiblər.
Gəmi neft daşlarına çatanda da 2 saat da orda yükü boşaldıblar. Qara fəhlələr də noyabr ayının 30-a kimi gəmi olmayacaq... Olmayacaq deyə evdə oturub boşdayanmaları sayacaqlar. Bütün blokları helikopter dəyişir, ancaq bizə çatanda helikopter problem olur...

Vallah bezmişik bu Akifin əlindən...."

Qeyd edək ki, M.Qəhrəmmanlı eyni zamanda "28 May" neft-qaz çıxarma idarəsinin rəisi Zaur Bağırovun işçinin hüquqlarını necə pozması ilə bağlı da keçmiş işçilərdən birinin gileyini təqdim edib...

DİA-AZ.COM
Text-to-Speech

DİNLƏ






Şərh yaz