Dilan və Engin Polatın işi cinayət məhkəməsinə göndərilib
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
“Çirkli pulların yuyulması” və “vergidən yayınma” ittihamları ilə həbs olunan türkiyəli məşhur sosial media fenomeni Dilan və Engin Polatın işi cinayət məhkəməsinə göndərilib.
Məlumata görə, Polat cütlüyünün vəkili Sevinç Horoz noyabrın 10-da Sülh Cəza Məhkəməsinə müraciət edərək cütlüyün həbsinə etiraz edib.
Sülh cəza hakimliyi həbs-qətimkan tədbiri ilə bağlı etirazı qiymətləndirib və onun rədd edilməsinə qərar verib. Qeyd edək ki, etiraz rədd edildikdən sonra iş yenidən baxılması üçün birinci instansiya cinayət məhkəməsinə göndərilib.