Azərbaycanın xarici ölkələrindəki səfirlərinin bir neçəsi geri çağırılacaq.
Millitv.az bakupost.az-a istinadla xəbər verir ki, onlardan biri Rumıniyadakı fövqəladə və səlahiyyətli səfirimiz Hüseyn Nizami oğlu Nəcəfovdur. Onun səlahiyyət müddəti bitdiyini üçün Bakıya çağırılıb. Xatırladaq ki, H.Nəcəfov bu vəzifəyə 8 noyabr 2018-ci ildə təyin edilmişdi.
Onun yerinə Azərbaycanın Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri Qüdsi Dursun oğlu Osmanov təyin olunacaq. Bu təyinatla bağlı Qüdsi Osmanovun hazırda Bakıda olduğu bildirilir.
Q. Osmanov 7 sentyabr 2016-cı ildə Moldovaya səfir təyin edilmişdi.
Qüdsi Osmanovun yerinə isə hazırda Azərbaycannın Belarusdakı səfiri Ülvi Baxşəliyevin göndəriləcəyi gözlənilir.
Ən maraqlı təyinat isə Belarusa göndəriləcək səfirin kimliyidir. Bakupost.az -ın əldə etdiyi məlumata görə, bu posta Azərbaycanının iri ranqlı məmurlarından biri göndərilir. Həmin şəxsin adını bir müddət sonra açıqlayacağıq.