Xatırlatmaq yerinə düşərdi ki, 2020-ci ilin əvvəlindən Ermənilər işğalda saxladıqları Kəlbəcər rayonuna Ermənistandan yol çəkilişinə başlamışlar.
Erməni KİV-nin verdiyi xəbərə görə 18 kilometr uzunluğunda yol Vardenis-Ağdərə yolu ilə Kəlbəcərin rayon mərkəzini birləşdirmişdir. Paşinyan hökuməti Ermənistanın Qeqarkunik vilayətindən Zod aşırımından keçməklə Kəlbəcərə çəkilən yolun asfaltlaşdırılmasına və yol kənarında səkilərin quraşdırılmasına 5 milyon dollar ayırmışdır.
Paşinyanın Kəlbəcərdə çəkdiyi yollar
Mətbuatda o da vurğulanırdı ki, yeni yol Ermənistandan işğal altındakı Kəlbəcər rayonuna süni məskunlaşdırma siyasətini stimullaşdırmağa və yolun ətrafında yerləşən kəndlərin sosial-iqtisadi inkişafına dəstək məqsədi daşıyırdı . Amma tarix göstərdi ki, ermənilərin bu arzuları ürəklərində qaldı.
Bəli, Azərbaycanın 2020-ci il qələbəsindən sonar azad edilmiş ərazilərdə yeni yolların çəkilişinə start verildi. Son illərdə Qarabağ zonasında infrastrukturun yenilınməsi üçün dövlət büdcəsindən bu məqsədlə 7 milyard manat vəsaitin sərf edildiyi rəsmən bildirilir. Bu vəsaitlərin də xeyli hissəsi yol çəkilişinə, elektrik xəttlərinin quraşdırılmasına, social obyektlərin tikintisinə sərf edilmişdir. Bəs görülən işlərin keyfiyyəti nə yerdədir?
Budur, sentyabrın 27-də “Gününsəsişinfo”nun social şəbəjkələrə istinadən verdiyi məlumatada bildirilir: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədovun Laçında çəkdiyi yol dağılıb.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə görüntüləri sosial şəbəkədə paylaşan vətəndaşlar çat verən yolda “korruspiya izi” axtarıb.
Məlumatı dəqiqləşdirmək üçün Qarabağ zonasında yol tikintisi ilə məşğul olan mənbələrlərlə əlaqə saxladığımız zaman aydın oldu ki, Laçında olduğu kimi, Qarabağ zonasında çəkilən yollarda doğrudan da əsas problem yol yataqlarının hazırlanması zamanı onların çiyin hissələrinin alt hissələrində bərkidilmə işlərinin keyfiyyətsiz aparılmasıdır ki, bud a hazırda Laçın yolunda özünü faktiki göstərdi. Şuşa, Zəngilan, Qubadlı yolarını da b u aqibət gözləyir.
Saleh Məmmədovun Laçında çəkdiyi yollar
Xatırladaq ki, Azərbaycan tankçıları Kəlbəgərə daxil olanda Paşinyanın cəmi 5 milyon dollar çəkdiyi 18 km asphalt yol üzərində yüksək sürətlə manevrlər etsələr də bu yolda heç bir deformasiya və ya hər hansı kiçik iz belə müşahidə edilməmişdir. Bəli, hələ o vaxt tankçılarımızı ermənilərin çəkdikləri asphalt yol çox heyrətləndirmişdir.
Hələlik dəqiq bilməsək də Qarabağ zonasına ayrılan 7 milr manat vəsaitin necə xərclənməsi barədə ciddi rəsmi araşdırmaların başlanması barədə məlumatlar var. Məsələn, “Azərenerji” ASC tərəfindən 7 milyon manat yeyintinin olması barədə yerli mətbuatda məlumatlar verilmişdir. Elə Laçın yolunda cari ilin sentyabrında baş vermiş çökmələr də çox ciddi maliyyə maxenasiyalarından və korrupsiyadan xəbər verir. İndi qalır rəsmilərin bu istiqamətdə başladığı araşdırmaların nəticələrini gözləmək.
Bəli, Paşinyanın 5 milyona Kəlbəcərdə 18 km çəkdiyi yolla Saleh Məmmədovun 100 milyonlara çəkdiyi yolların keyfiyyəti doğrudanmı çox fərqlidir. Bunu zaman göstərir və göstərəcək.
İfadetv.com-un araşdırma qrupu