Yəqin bir də YEVLAXDA GÖRÜŞ-FİLAN OLMAZ, YOXSA... - BU NƏDİ BELƏ?!
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Bır sıra hallarda iş yerlərində işçilərin təhlükəsizliyinin qorunması üçün lazımi tədbirlər görülmür. Nəticədə bədbəxt hadisələr qaçılmaz olur. Statistikaya görə, təkcə ötən il istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində 48 nəfər dünyasını dəyişib. 202 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Araşdırmalar göstərir ki, işəgötürənlər işçiləri fərdi mühafizə vasitələri ilə təmin etmir. Hətta əməyin mühafizəsi ilə bağlı təlimatlandırmır. Doğrudur, həm işəgötürən, həm də işçi təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir. Lakin bu qaydaların tətbiqinə nəzarət işəgötürənin üzərinə düşdüyündən bütün məsuliyyəti də o daşıyır. Yevlax rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi işçilərinin həyatını təhlükəyə atır. Əməkdaşımız Yevlax şəhərində olarkən müşahidələrini video-qeydə alıb. Görüntülərdən bəlli olur ki, MKTB avtomoibillərin hərəkətinin intensiv olduğu mərkəzi küçələrdə xadimələri yol süpürməyə məcbur edirlər. Qadın günün günorta çağı, arabasız, təkcə səkiləri deyil, yolun hərəkət hissəsini də elə maşınların təkərlərinin altını da süpürür. Həmçinin aşkar görünür ki, MKTB işçilərini lazım olan yerə balansında olan texnikanın, traktorun qoşqusunda, kuzovunda aparır ki, bu da onların həm həyatını təhlükədə qoyur, həm də şəxsiyyətlərinə hörmətsizlikdir. Razılaşın ki, bu mənzərə kənardan, xarici qonaqların da gözünə pis görünür. Hələ onu demək artıqdır ki, Yevlaxa artıq ermənilər də qonaq gəlməyə başlayıblar. Xatırladaq ki, bu ilin mart ayının Novruz bayramı tətili günlərində Yevlaxda süpürgəçi işləyən iki qadını avtomobil vurub, onlardan biri ölüb. Hadisə şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb. Onlardan biri - 1974-cü il təvəllüdlü Səbinə Rafiq qızı Əsgərova hadisə yerində dünyasını dəyişib, 1992-ci il təvəllüdlü Bəsti Mirzəyeva isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi. //azerinfo.info//