Lerikdə təbii sərvətlər kimlər tərəfindən talan edilir?
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Lerik rayonunda bir qrup fiziki , hüquqi şəxslərin çaylardan qum-çınqıl qarışığının çıxarılması və daşınması ilə bağlı rayon sakinləri tərəfindən mediyaya dəfələrlə şikayət daxil olubdur. Şikayətlə bağlı yuxarı instansiyalardan, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən əraziyə baxışlar keçirilmiş və araşdırmalar aparılmışdır. Baxış zamanı ərazidə fiziki və hüquqi şəxslərin yataq sahəsinin konturlarından kənara çıxmasına yol verilməsi, yataqdan səmərəli istifadə olunmaması, sahələrdə hamarlama işlərinin aparılmaması ,eyni zamanda pərakəndəliyə yol verilməsi və s. nöqsanlar aidiyyatı qurumlar tərəfindən müəyyən edilmişdir. Bu barədə aidiyyatı qurumların tələbinə əsasən ərazidə yataq sahəsində iş gedişatı zamanı təbiətin inzibati relyefinin qorunmasına və təbiətə zərər verilməməsi barədə ciddi tapşılıqlar verilib. Lakin buna baxmayaraq Çingiz Məmmədov deputat qardaşına arxayın olaraq Lerik rayon, Ləkərçayda qazıntı işləri aparmaqda və qanunun tələblərini pozmaqda davam etməkdədir.Hətta araşdırma nəticəsində aydın olub ki, Çingiz Məmmədov sahibi olduğu istehsalat vahidlərinin əsla vergi ödənişlərini qanun çərçivəsində həyata keçirmir. Lerik rayonunda təbiətin talan edilməsi faktlarından biri də Vizəzəmin meşəbəyliyinin 23 saylı dolayında meşə ərazisində, ağacların qırılması faktları qeydə alınıb. Adı qeyd etdiyimiz meşə ərazisində ağaclar kəsilərək yerində məlum olmayan tikintinin təməli işlərinə başlanılıb. Görəsən Lerikdə təbii sərvətlərin məhv edilməsinə məmuirlar niyə görməməzlikdən gəlirlər.