Sabirabad sakini buna görə NARAZILIQ EDİR... - ETİRAZ
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Sabirabad rayon sakini Zaur Məhərrəmov 3 oktyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi qarşısında etirazını bildirirdi. Onun qardaşı oğlu Adil Məhərrəmov 4 il bundan əvvəl yolu piyada keçərkən kamaz sürücüsü qəzaya səbəb olur. Əminin sözlərinə görə, aldığı xəsarətlər nəticəsində 13 dəfə əməliyyat olan 14 yaşlı uşaq çətinlik çəkir. Zaur Məhərrəmov 3 il təqaüd alan uşağın avqust ayından bəri bundan məhrum edildiyini iddia edir.