Axtarış...

Hərbçimiz HƏLAK OLDU

Hərbçimiz HƏLAK OLDU

Azərbaycan ordusunun hərbi qulluqçusu Ağayev Rüfət Xanəhməd oğlu həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Azərbaycan Ordusunun hərbi qulluqçusu Ağayev Rüfət Xanəhməd oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində açılan atəşdən vəfat etməsi ilə bağlı faktı təsdiq edirik” - məlumatda deyilir.

Faktla bağlı araşdırma aparılır.

Sosial şəbəkələrdə yayılan məlumata görə hərbçimiz Bakının Binə qəsəbəsində torpağa tapşırılıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz