Təsdiqlənməmiş məlumatlara görə, Viktor But “Vaqner”in yeni rəhbəri təyin edilib.
Bu barədə “Bez Tormozov” məlumat yayıb.
Qeyd edək ki, silah baronu kimi məşhur olan Viktor But ABŞ-da həbs edilmişdi.
Viktor But 1967-ci il yanvarın 13-də Düşənbədə anadan olub. SSRİ Müdafiə Nazirliyinin Qırmızı Bayraqlı Hərbi İnstitutunu bitirib və hərbi tərcüməçi ixtisası alıb, sonra hərbi-nəqliyyat aviasiya alayına daxil olub, Afrika ölkələrində çalışıb, Mozambikdə Sovet İttifaqının hərbi missiyasında tərcüməçi kimi çalışıb.
2022-ci ilin dekabrında Viktor But Rusiyada narkotik saxlama və qaçaqmalçılıqda ittiham olunan ABŞ vətəndaşı, basketbolçu Brittni Qraynerlə dəyişdirilib.