Qarabağ düşməndən azad olsa da, bəzi məmurlar Qarabağ adı ilə bağlı qurumların başında dayanmasına baxmayaraq, düşməndən az pislik etmirlər. Anaxeber.info məlumat verir ki, Qarabağ Regional Mədəniyyət İdarəsi həmin qurumlardan biridir. İdarə rəisi Qalib Həsənov işçilərə münasibətdə özünü yadelli kimi aparır. Belə olmasaydı, 1700 nəfərin maaşını almasına əngəl olmazdı. Belə ki, gələn xəbərlərə görə, mədəniyyət sahəsində işləyənlər
hələ də əmək haqlarını almayıblar. İşçilərin maaş kartının istifadə müddətinə bir neçə ay qalmağına baxmayaraq, maaş kartını bloklayıblar. Əgər maaşı "Kapital bank"dan kartsız almaq istəyən olsa, onda da bank 10 manat xidmət haqqı tutur. Halbuki mədəniyyət işçiləri maaşı həmin bankdan alırlar. Lakin Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov kartların vaxtının qurtarmasına hələ qalmış onları özbaşına şəkildə dəyişdirmək fikrinə düşüb. Əvvəla, hansı səlahiyyəti var ki, belə qərar versin? İkincisi, marağı nədir ki, işçilərin maaş kartını vaxtından əvvəl dəyişdirir? Üstəlik, maaş kartını dəyişməyə 5 manat tələb edir ki, açıq şəkildə qanunsuzluqdur. İşçi sayı isə nə az, nə çox, 1700 nəfəri təkcə Bərdə və Tərtər rayonlarındadır. Mədəniyyət nazirinə maaşların ödənilməsi haqda yalan məlumat verən Qalib Həsənov görəsən kimə arxayındır? Ümumiyyətlə, nazirlik maaşların verilməsilə maraqlanıbmı? Niyə öyrənmək istəmirlər ki, 1700 nəfər nədən şikayətçidir? Qalib Həsənovun bu əməli barədə heç bir dəqiqləşdirmə aparılmır. Sanki problem Mədəniyyət Nazirliyinə aid deyil. Sosial şəraitin çətin dövründə maaşların gecikdirilməsi ciddi problem yaradır. Hər halda yeni nazir 1700 nəfərin səsinə səs verəcək.
Anaxeber.info