Bu gün 22 iyul Milli Mətbuatın yaranması günü münasibəti ilə MilliTV kollektivnin bir qrup üzvləri 1-ci Fəxri Xiyabana gedərək ilk olaraq Ulu öndər, Ümum milli lider, Heydər Əliyevin məzarını ziyarət edərək dahi şəxsiyyətin ruhuna dualar oxudular.
Daha sonra, Azərbaycan mətbuatının banisi Həsən bəy Zədabinin məzarını ziyarət edərək ədibin məzarı üstnə gül dəstələri qoydular.
Qeyd edək ki, 1875 ci il iyulun 22 də “Əkinçi “ qəzetinin yaranması ilə maarifçilik hərəkatının təməlini quran görkəmli xadim, publisist, Həsən bəy Zərdabi qəzetin işıq üzü görməsində çox böyük çətinliklərdən keçmişdir. Qəzet ayda iki dəfə 300- 400 tirajla çap olunurdu. Çox sadə, anlaşılan tərzdə yazıldığı üçün “Əkinçi “qəzeti qısa bir zamanda böyük oxucu kütləsi qazanmışdır.
Qəzetin cəmi 56 nömrəsi işıq üzü görməsinə baxmayaraq” Əkinçi” qəzetinin Azərbaycan xalqının oyanışında böyük rolu olubdur.
Ziyarət zamanı Milli TV nin baş redaktoru Rövşən Qasımov və eləcə də kollektivin digər üzvləri öz ürək sözlərini söyləyərək, görkəmli xadim Həsən bəy Zərdabinin mətbuat sahəsində gördüyü işlərdən danışdılar və sonda ədibi bir dəqiqəlik sükutla yad edərək ruhuna dualar oxundu.