Axtarış...

Qeyri-Hökumət təşkilatlarına dövlət dəstəyi Agentliyinin rəhbəri Türkiyənin Bakıdakı səfirliyinin rəhbərliyi ilə görüşdü



Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi ilə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Mətbuat müşaviri Hüseyn Altınalan və müşavir köməkçisi Şərəf Məmmədov arasında birgə görüş keçirilib.

Millitv.az Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mətbuat xidmətinidən verilən məlumata istinadən bildirir ki, keçirilən, görüşdə Türkiyə-Azərbaycan dostluğu, birgə əməkdaşlıq və “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı keçiriləcək birgə tədbirlər haqqında müzakirələr aparılıb.

Tərəflər arasında belə görüşlərin mütəmadi keçirilməsi, qardaş Türkiyə respublikasında faliyyət göstərən Qeyri-Hökumət təşkilatları ilə ölkəmizdəki QHT lərin əməkdaşlıqlarının dərinləşdirilməsi barədə söhbətlər aparılıb.





İlahə Məmmədova
Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz