USUBOVUN DAŞ ÜZÜ: Başçı daşa döndü... səs çıxmadı... - AXI NİYƏ?!
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Şəkinin Daşüz kəndinin sakinləri iyunun 23-də Şəki-Zaqatala magistral yolunu bağlayıb. Kəndlilər rəsmilərin biganəliyindən gileyləniblər. Deyirlər, iyunun 17-də kəndə yağan dolu nəticəsində evlərinə, avtomobillərə və təsərrüfatlarına ziyan dəyib, amma onlara kömək edən olmayıb.
Nəticədə rayon icra hakimiyyətinin rəsmiləri sakinlərlə görüş keçirib. Problemin aradan qaldırılması istiqamətində işlər aparıldığı deyilib.
Şəki Rayon İcra Hakimiyyətinin mətbuata açıqlamasında bildirilir ki, müvafiq sənədləşmə işləri aparılıb və aidiyyəti üzrə məlumatlar verilib. Amma problem həllini nə vaxt tapacaq? Bilinmir.