Axtarış...

İsmayıllı məhkəməsi polkovnik-leytenantın QANINI BATIRIR - BU NƏDİ BELƏ?

İsmayıllı məhkəməsi polkovnik-leytenantın QANINI BATIRIR - BU NƏDİ BELƏ?

Həyat yoldaşım, Daxili Qoşunların istefada olan xüsusi təyinatlı polkovnik-leytenantı Əhmədov Mərdan Rəhman oğlu 19.11.2022-ci il tarixində İsmayıllı şəhəri Heydər Əliyev prospektində piyada keçidində surət heddini aşaraq avtoxuliqanliq edən Mirzəyev Arif Afiq oğlu tərəfindən vurulması nəticəsində yerindəcə dünyasını dəyişib. 7 ay keçməsinə baxmayaraq, hadisəni törədən Mirzəyev Arif Afiq oğlu hələ də azadlıqdadır.

11 may 2023-cü il tarixində keçirilən məhkəmə iclasında məhkəmə istintaqının yekunlaşdırılmasına baxmayaraq, sonrakı təyin olunmuş iki prosesdə məqsədli olaraq süründürməçiliyə yol verilir və məhkəmə iclasları bilerekden təxirə salınaraq uzadılır. Məhkəmə istintaqı yekunlaşıbsa, işin uzadılmasının nə mənası var? Uzatmaqda maraqları nədir?

Hadisə anının video görüntüləri, avtomobilin sürəti və digər sübutlar olmasına baxmayaraq, İsmayıllı rayon məhkəməsi geridə qalan müddət ərzində heç bir iş görməyib. İsmayıllı rayon məhkəməsinin hakimi İlqar Hüseynovun bu işdə maraqlı olduğunu və qatili himayə etdiyini herektleriye gösterir. Hər dəfə müxtəlif bəhanələrlə məhkəmənin təxirə salınması, hakimin davranışları məni belə düşünməyə sövq edir.

Ömrünü vətənə, dövlətə həsr edən, hər zaman ən çətin əməliyyatlarda iştirak etmiş, Azərbaycan ordusuna savadlı və peşəkar zabitlər yetişdirmiş birinin ölümünə bu qədər biganə münasibətin göstərilməsi, qatilin hələ də azadlıqda olması məni dərindən yaralayır. Ən qısa zamanda qatilin cəzasını almasını tələb edirəm. Ümid edirəm ki, İsmayıllı rayon məhkəməsi cinayətkarı himayə etməyi dayandıracaq və ona layiq olduğu cəzanı verəcək. //azerinfo.media//
Text-to-Speech

DİNLƏ






Şərh yaz