Axtarış...

"Ermənilərin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik" - MN

"Ermənilərin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik" - MN


İyunun 17-si saat 18:40 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz