Axtarış...

Tikinti aləminin səmasında süzən `qanadıyoluq` “QARTAL”... - İLGİNC İDDİALAR...

Tikinti aləminin səmasında süzən `qanadıyoluq` “QARTAL”... - İLGİNC İDDİALAR...

Sözün düzü, haqqında yazmaq istədiyimiz Qartal Tikinti Firması ilə bağlı mediada çox az, hətta cüzi informasiyaya rast gələ bildik. Məlumdur ki, ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda yüzlərlə, bəlkə də minlərlə tikinti kooperativləri, firmaları açılıb, fəaliyyət göstərib. Bunlardan biri də “Arzu” adlı şirkət olub. Sonradan bu firma adını dəyişərək Qartal Tikinti Firmasına çevrilib. Firmanın adını niyə dəyişməsi başqa bir yazının mövzusudur. Və niyə məhz QARTAL..?
Beləliklə Qartal Tikinti Firmasının fəaliyyəti ilə tanışlıq üçün firmanın https://qartal.az/ adlı saytına daxil oluruq. Və adi bir tikinti firmasının bu boyda sturuktura malik olması təəccübümüzə səbəb olur. Vallahi heç nazirliklərin, komitələrin bu boyda stukturu yoxdur. Firmanın saytında qeyd olunur: Qartal Tikinti Firması Azərbaycanda İnşaat Bazarında hündürlükdə işlər, telekomunnikasiya obyektlərinin tikintisi, xüsusi təyinatlı obyektlərin tikintisi, hərbi obyektlərin tikintisi, radar izləmə sistemlərinin tikintisi, radio-quraşdırma və digər tikinti – quraşdırma işləri ilə məşğul olur.
Deməli, bu firma Azərbaycanda hündür qüllələr tikir, amma o qüllələrdən neçə nəfərin yıxılması və…bağlı mediada bircə xəbər də yoxdur. Bunlar hələ harasdır..?
Qartal Tikinti Firmasının hətta Təlim-Tədris Mərkəzi də var və ona bu icazəni vaxtilə “Qosstandart” deyilən qurum verib.
Deməli Qartal Firması müxtəlif şəxslərə inşaat işləri ilə bağlı sertifikat verə bilər. Görəsən adi bir firmaya bu boyda səlahiyyətləri nə üçün veriblər. Biz hələ hərbi obyektlərin tikintisindən, radar quraşdırılmasından-zaddan danışmırıq.
Məlumat üçün qeyd edək ki, firmanın direktoru Şahin İdris oğlu Məmmədovdur. Firmanın saytından görünür ki, bu adamın xeyli sayda müavini, müşaviri-zadı var. Və ən əsası vəzifəli şəxslərin çoxu öz qonum-əqrəbasıdır. Şübhəniz varsa, buyurun firmanın saytına daxil olub baxın: Firma direktorunun birinci müavini Tural Məmmədovdur, Firma direktorunun digər müavini, BP layihəsi üzrə layihə meneceri Tərlan Məmmədovdur, Firmanın baş mühasibi Anjela Məmmədovadır, Baş mühasibin müavini Dünyaxanım Məmmədovadır.
Bir sözlə, Məmmədovların ailə firması. Bəli, cənab Şahin Məmmədov firmada baş verən bütün maxinasiyaları, tikinti zamanı baş verən qəzaları, xəsarət alanları, hətta ölüm hallarını, vergidən yayınmaları, “obnaliçka”nı, çirkli pulların yuyulmasını və s gizlətmək üçün ətrafına ancaq öz qohumlarını yığıb. Çox maraqlıdır bu boyda firmaya rəhbərlik edən şəxs öz tərcümeyi-halında özü barəsində çox mətləblərə toxunsa da, 1990-1993-cü illərdə Bakı şəhərində Azərbaycan Assosiasiyasının Qartal Firmasının direktoru olmasından bəhs etsə də….keçmiş şəriklərindən , onlara necə atmasından, onların haqqını necə yeməsindən qəti söz açmır. Və demir ki, keçmiş şəriki Oqtay Mustafayev onun üzünə nə deyib, daha dəqiq desək, onun üzünə nə …edib….? Bu adam hətta siyasətə də baş vurur, deyir ki, istədiyim adamı icra başçısı, deputat qoya bilərəm. Amma hökumətin fəaliyyətini bəyənmir.
Görəsən bu adam kimə bu qədər güvənir..? Biz əbəs yerə yazmadıq ki, Şahin Məmmədov firmasının adını niyə dəyişib QARTAL qoydu..? Biz əbəs yerə yazmadıq ki, bu adam hərdən siyasətə də başını soxur. Qardaş Türkiyədə keçirilən sonuncu prezident seçkilərində Ərdoğana deyil, Kılıcdaroğluna dəstək verib…. Bizə elə gəlir ki, hələlik bu qədər yazmağımız Hüquq Mühafizə Orqanlarının, onun barəsində istintaq işinin başlanmasına bəs edər…. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz