Zəngilan rayonunda Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində 61 km uzunluğunda mövcud Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 31,4 milyon manat ayrılıb.