Axtarış...

“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramına başlanılıb - FOTOLAR

“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramına başlanılıb - FOTOLAR


Texnoloji tərəqqinin formalaşdırdığı qlobal informasiya mühitində məlumatın etibarlılığının müəyyənləşdirilməsi, tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi, media istehlakçıları ilə informasiya mənbələri və axını arasında səmərəli əlaqənin qurulması, həmçinin ölkə üzrə sağlam media ekosisteminin formalaşdırılması və cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsi məqsədilə hədəf qruplara istiqamətlənmiş maarifləndirmə tədbirlərinin təşkili mühüm əhəmiyyət kəsb edir.

Bununla əlaqədar olaraq, 22 may tarixində Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə təhsil işçiləri və media nümayəndələri üçün “Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramına başlanılıb.

Təlimlərin keçirilməsində əsas məqsəd jurnalistlərin və təhsil işçilərinin media savadlılığı ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu istiqamətdə inkişaf imkanlarının genişləndirilməsidir.

İki gün davam edəcək təlim proqramı çərçivəsində “The European Alliance” Xəbər Agentliyinin baş katibi Alexandru Giboi və İsveçrənin “Università Svizzera İtaliana (USI)” Universitetinin Media menecmenti, media iqtisadiyyatı və media sənayesi üzrə professoru Matthew Hibberd təhsil və media, kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı, tənqidi dəyərləndirmə, təhlil aparma qabiliyyəti, yeni media mühitindəki tendensiyalar və digər mövzularla bağlı öz təcrübələrini bölüşəcəklər. Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim olunacaq.








Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz