Ötən həftə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Brüsseldə baş tutan danışıqların yekununda səsləndirilmiş, daha sonra isə dərc olunmuş bəyanat kəmiyyət dəyişikliyindən keyfiyyət dəyişikliyinə keçidin əsasını qoyub. Bu barədə “Caliber” layihəsinin “YouTube” səhifəsində yayımlanan yeni süjetdə bildirilib.
Qeyd olunub ki, ekspertlər danışıqlar prosesində ortaya çıxan yeni elementləri artıq təhlil ediblər. Onların arasında daha vacib məqamlardan biri Azərbaycan və Ermənistan ərazisinin kvadrat kilometrlərlə göstərilməsidir.