Axtarış...

Beyləqanda hərbçi maşını kanala aşırdı - Foto+Yenilənib


Beyləqanda maşın kanala aşıb.

Hadisə rayonun Daşburun kəndində, Yuxarı Qarabağ kanalının kənd ərazisindən keçən hissəsində baş verib. İlkin ehtimallara görə, körpüdən keçən avtomobilin sürücüsü idarəetməni itirərək maşını kanala aşırıb.

Əraziyə xilasedicilər cəlb olunub. Maşın kanaldan çıxarılıb. Lakin sürücünün maşında olmayıb. Hazırda onun axtarışları aparılır.

Sürücünün hərbçi olduğu bildirilir.

***

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində bir nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

“Qafqazinfo”
Text-to-Speech

DİNLƏ






Şərh yaz