Axtarış...

Gəncə Aviasiya Təmiri Zavodunda BÜDCƏ OĞURLUĞU - Buralara nəzarət edən varmı?

Gəncə Aviasiya Təmiri Zavodunda BÜDCƏ OĞURLUĞU - Buralara nəzarət edən varmı?


Heç kimə sirr deyil ki, bütün sferalarda rüşvət və korrupsiya halları var. Amma bir məsələni bilməliyik. Korrupsiyanın səviyyəsi və miqdarı bütün nazirliklərdə eyni miqyasda deyil.
Məsələn dəfələrlə qeyd etmişik ki, “Qaçqınkom”da korrupsiyanın “razmeri” loru dildə desək 7-8 rəqəmilidirsə, başqa bir dövlət qurumunda 3-4 rəqəmli olur.
Bunun da səbəbi neçə illərdir ki, milyonlarla qaçqın və məcburi köçkünlərə verilən müavinət, mənzillərin, binaların, şəhərciklərin salınması və s məsələlərdir. Əbəs yerə deyil ki, son illər Müdafiə Nazirliyinin yüksək rütbəli xeyli sayda məmuru həbs olunub.
Niyə, səbəb nədir..?
Hamıya bəllidir ki, bütün dünyada müdafiə sahəsinin xərcləri daha böyükdür, yəni maxinasiyanın ölçüsü çox böyükdür.
Vaxtilə, MN-nin Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev qətlə yetiriləndə onun kabinetindən külli miqdarda pul tapılmışdır. Bu hələ cəmiyyətə bəlli olan hissə idi.
İndi haqqında bəhs edəcəyimiz zavod da vaxtilə Rail Rzayevin kurasiyasında olub. Söhbət Gəncə şəhərindəki Gəncə Aviasiya Təmiri Zavodundan gedir. Daha doğrusu, zavodun milyonlara sahib olan direktoru Hacı Etibar Həsənovdan. Bu günədək bu zavodda külli miqdarda yeyintiyə yol verilsə də, hətta bu məsələnin üstü açılsa da Hacı Etibarın barəsində heç bir tədbir görülməyib. Hətta mediada yayılan məlumatlardan bəlli olur ki, Hacı Etibar Həsənov dövlətin 5 milyardını mənimsəyib.
Təsəvvür edirsiniz, Etibar Həsənov eks rabitə naziri Əli Abbasovla əlaqəyə girərək Gəncədəki ATS-i alıb və yerində «Məşədi İbad» hamamı, otel tikdirib. Adından bəlli olduğu kimi, zavodun əsas fəaliyyəti vertolyotların mühərriklərinin təmiri ilə bağlıdır. Zavod ən bahalı ehtiyat hissələrini, avadanlıqları alır, amma kağız üzərindəki qiymətlə real qiymət arasındakı fərq dəfələrlə şişirdilir və dövlətin hər ay milyonları mənimsənilir.
Bəli, dövlət hər vertolyatların təmiri üçün 10 milyonlarla vəsaiti zavoda ayırır. Ancaq özünü Hacı hesab edən zavod direktoru işçilərə qarşı çox pis davranır, onların haqqını yeyir. Özünü Hacı hesab edən, işçilərin haqqını yeyən Hacı dəbdəbəli həyat tərzi sürür. Oğlu Orxan da atası ilə bərabər gecələr onlara məxsus “Park İNN”də olur. Zavod direktorunun Çexiyada Marinskdə kazinoyla üz-üzə dəyəri milyonlarla ölçülən əzəmətli evi var. Hacının özünün və övladlarının sürdüyü ən ucuz avtomobillərin dəyəri 150-200 min manatdır. Hələ bu harasıdır...?
Hacı özünə məxsus hamamdan otelə “xod” açdırıb. Və hələ üstəlik yaxınlıqda yerləşən muzeyi də özəlləşdirib. Bütün bunlar ortada olduğu halda görəsən, Müdafiə Nazirliyinin rəhbərliyi hara baxır, niyə tədbir görmür..?
Bu artıq bizim səlahiyyətimizdə olan məsələ deyil. Bizi izləyin. Yaxın zamanda Hacı Etibarın başqa əməlləri barədə də yazacağıq. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz