"ŞaurmaN1" restoranının şəriki, "12-ci İmam Mehdi" adı altında həbs olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə proseslərində ona verilmiş ittiham təsdiqini tapmır.
Hurriyyet.az xəbər verir ki, məntiqə uymayan ən gülünc ifadəsi ilə seçilən “zərərçəkən” Anar Aslanov isə təhsilli hüquqşünas olduğu təqdirdə Aqil Babayevin evindən pullarının oğurlandığı gün “Aqil Babayevin evinə gecə saat 23:50-də santexnik kimi kran dəyişməsi üçün getdiyini”, “istintaqda verdiyi ifadəsində isə Aqil Babayevin güya ona 306 min borclu olduğu halda evindən 520 min manat pul götürdüyünü”, “Pakdad restoran sahibi Babaşov Ş.A-ya 200 min dollar borclu olduğu təqdirdə isə güya Aqil Babayevə kasıb ailələr üçün bina tikdirməsinə görə külli miqdarda pul verdiyini” bildirmişdir. Digər “zərəçəkən” Xəyal Mustafayev “Tələbə vaxtından 20 min manat zəkat verdiyini”, “zərəçəkən” Əli Quliyev kirayədə yaşaya-yaşaya 14 min 400 manat zəkat verdiyini və digər “zərərçəkənlər” də maddi durumları kifayət qədər yaxşı olmadıqlarına baxmayaraq zəkatı mütləq şəkildə verdiklərini məhkəməyə bildirirlər.
Bundan əlavə, şikayətçilərin sözlərinə görə, Aqil Babayevin onları İmam Mehdi adı ilə aldatması və inandırmasına səbəb kimi “zərərçəkən” Aydın Niftəliyev “Aqil Babayevin onu havaya qaldırmasını, tonqalın üzərində əyləşib qanadlar çıxarmasını”, “zərərçəkən” Polad Mustafayev “Ayı bölməsini, səmada möcüzələr göstərməsini”, “zərərçəkən” Azər İslamov “Səmada, qiblədə Aqil Babayevin üzünü görməsini”, “zərərçəkən” Ömər Qurbanov “Ağacların səcdə etməsini, Aqil B. yanında Cəbrayıl mələyi görməsini”, “zərərçəkən” Natiq Sadıqov “Onu ovsunlamasını”, “zərərçəkən” Bəruz Kave “Aqil Babayevin onun yuxularına müdaxilə etməsini”, “zərərçəkən” Faiq Abdullayev “Cənnətdən bir neçə sot torpaq almasını”, “zərərçəkən” Elmar Orucov “Günahlarının pulnan sıfırlanmasını, evinin qara güvvələrdən təmizlənməsi üçün 40 min manat verməsini”, “zərərçəkən” Ramil Seyidov “Futbolda imamlığını tanınmasını”, “zərərçəkən” Fuad Məmmədov “Ərəblərin belə bilmədiyi suallara Aqil Babayevin cavab verə bilməsini” və s. göstərək dəlil və sübut olmadan onlardan hansısa uydurulmuş məbləğdə pul almalarını deyirlər.
Bütün bu ifadələrdən göründüyü kimi, Aqil Babayevin həbsdə saxlanılmasına əsaslı səbəb gətirə bilmədiklərinə görə “zərəçəkən” şəxslər hansısa qüvvələr himayəsi ilə ona “möcüzəvi insan” möhürü vuraraq və məntiqsiz, ağıla sığmayan açıqlamalar verərək, məhkəməni və dövlət qurumlarını ələ salıb yormaqla məşğuldular.
Bundan əlavə, həmin “zərərçəkmiş” şəxslər qəsdən planlı şəkildə məhkəmənin gedişinə də süni maneələr törədərək, təqsirləndirilən şəxsi və vəkillərini söyüş-təhqir edib, hücum taktikasında olaraq işin obyektiv araşdırılmasına mane olurlar.
Xatırladaq ki, Aqil Babayevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. A.Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını-pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir. Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Hurriyyet.az
Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.