"Allaha şükür burada çox gözəl həyat olacaq. Siz çoxuna layiqsiniz, 30 il əziyyət çəkdiniz orada-burada, yataqxanalarda, çadırlarda. İndi bax belə gözəl şəraitiniz var".
Bunu Prezident İlham Əliyev Tərtər rayonunun Talış kəndinə səfəri zamanı sakinlərlə görüşdə deyib.
Sakinlərdən biri isə, - "Allah şəhidlərimizə rəhmət eləsin. Ən çox əziyyəti Siz çəkdiniz, cənab Prezident. Bütün dünya sizinlə bacara bilmədi, maşallah olsun", - deyə Prezidentə bildirib.
Qeyd edək ki, sonra dövlət başçısı və xanımı Talış kəndində fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə də tanış olublar.