Axtarış...

Quba bazarı: Evimizə çörək apara bilmirik - VİDEOREPORTAJ

Quba bazarı: Evimizə çörək apara bilmirik - VİDEOREPORTAJ

Bura Quba bazarıdır. Novruz bayramına sayılı günlər qalsa da, hələki bazarda canlanma gözə dəymir, satıcılar belə deyir.

Xəyalə İsmayılova 10 ildir bu bazarda göyərti satır. Satışın zəif olmasından gileylənir. Deyir, alıcı az, satıcı isə çoxdur.

Həmsöhbət olduğumuz satıcılar həm də sosial durumlarından gileylənir. Quba bazarı isə dolanışıqları üçün son ümid yeridir.

Quba bazarında təkcə satıcılar deyil, Elə alıcılar da günü-gündən qalxan qiymətlərdən giley-güzar edirlər.

Quba bazarında bayram bazarlığı ovqatı hiss olunmur. Satıcılar müştəri qıtlığından alıcılar isə bahalıqdan şikayətlənirlər.

Toplum TV
Text-to-Speech

DİNLƏ






Şərh yaz