Ağstafada sahibkarlar işlədikləri ərazidə restoran tikintisinə etiraz edirlər. Bu barədə Cumhuriyyət.az-a ünvanlanan məktubda qeyd olunub. Bir qrup sahibkarın göndərdiyi məktubda rayon rəhbərliyinin iş adamlarının başına açdığı müsibətlərdən, onların sıxışdırılmasından bəhs olunub. Prezidentə edilən müraciət sahibkarlar imdad diləyiblər.
Ağstafa şəhəri Abış Mustafayev küçəsi, 21 ünvanında sahibkarların cumhuriyyet.az-a ünvanladığı şikayətə görə, bir qrup şəxs və ya şəxslər tərəfindən avtomobil yolunun tam ortasında qanunsuz olaraq su hovuzu (fantan) adı altında restoran tikintisinə başlanılmağa çalışırlar. Sahibkarlar məsələ ilə bağlı ölkə rəhbərinə də müraciət ediblər. Surəti cumhuriyyet.az-a göndərilən müraciətdə deyilir:”Sizə şikayət yazmağa biz sahibkarları vadar edən Ağstafa rayon İcra Hakimiyyəti Başçısı tərəfindən atılan əsassız-qanunsuz addımaların qurbanına çevrilməmizdir.
Belə ki, biz sahibkarlar fiziki vergi ödəyicisi olaraq Ağstafa rayonu Abış Mustafayev küçəsində özümüzə məxsus olan obyektlərimizin yerləşdiyi küçə, mərhum ÜMUMMİLLİ LİDER Heydər Əliyevin adına salınmış olan parka gedən asfalt örtüklü yolun hər iki tərəfdən bağlanmaqla 10 metrlik eni olan yolu satmaqla bizlərin obyektlərinə gedən yolu bağlamaqla və qarşısını yəni yolu satmaqla bizləri çökdürmüşlər. Həmin yolun altı ilə komnikasiya xətlərinin getməsi və həmin yolda bünövrə qazmaqla orada tikinti aparırlar. Biz bu haqsızlıqlara dözə bilmirik, amma ki, rayon İcra Başçısına nə edə bilərik. Hətta həmin ərazidə 40-dan çox qeyri yaşayış sahəsinə aid olan obyektlər var ki, ailələrini bir təhər dolandırırlar. İcra Başçısının qeyri-qanuni şəkildə varlanması, biz kasıbların daha da kasıblamasına gətirib çıxarır və çıxılmaz duruma salır. Bu qanunsuz satılmaların tez bir zamana salmaqla rayonumuzun görkəmini dəyişmək adı altında biz sahibkarların haqqına girməklə qanımıza susayırlar.
Onların bu haqsızlığına tab gətirə bilmirik, biz sahibkarlar ailəmizi həmin obyekti işlətməklə dolandırırıq. Hazırki durumda ailə üzvlərimiz psixoloji vəziyyətdə olmaqla gərgindirlər.
Müzəffər ordunun Ali Ali Baş Komandanı!
Biz sahibkarlar sizin daxili və xarici siyasətinizi dəstəkləyən Azərbaycan xanımı olaraq güvənimi sizə edərək sizdən imdad diləyirik.
Sizin təyin etmiş olduğunuz İcra Başçılarına tapşırıqlar verməyinizin şahidi olmağımıza baxmayaraq, sizin tapşırıqlarınıza Ağstafa rayon İcra Hakimiyyəti tərəfindən əməl edilmədiyini də, sizə bildiririk.
Odur ki, Sizdən bu küçədə işləyib ailələrini dolandıran sahibkarlar adından xahiş edirik ki, bizə məxsus olan obyektlərin qarşısında (asfalt örtülkü yolu satmaqla) 40 obyekti zəlil gününə salmış Başçıya öz iradlarınızı bildirmənizi və həmin hissədə heç bir obyektin tikiləməsi barədə göstəriş vermənizi sizdən bir daha xahiş edirik”.
Sahibkarların iddiasına əsasən, sözügedən sahədə birmərtəbəli şuşəbəndli restoran tikmək istəyirlər. Onların sözlərinə görə, tikinti işlərini aparmaq istəyən şəxslərin
əllərində inşaata icazə verən heç bir sənəd yoxdur.
Əldə etdiyimiz məlumata əsasən, bu ünvanda tikintiyə icazə üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunmayıb.
1. Ağstafa rayon Heydər Əliyev küçəsi ev 35-də yaşayan , fiziki vergi ödəyicisi, Birinci Qarabağ müharibəsinin veteranı Namazov Məcid İsmayıl oğlu 050-663-56-67
2. Ağstafa rayon Vuğun qəsəbə sakini, fiziki vergi ödəyici, İkinci Qarabağ müharibəsinin veteranının atası, Xəlilov Arzu İbrahim oğlu 050-339-19-59
3. Ağstafa rayon Vuğun qəsəbə sakini, fiziki vergi ödəyici, İkinci Qarabağ müharibəsinin veteranının atası, Məmmədov Kərim İsmayıl oğlu 050-221-54-32
4. Ağstafa rayon Dağ Kəsəmən kənd sakini, fiziki vergi ödəyici Həsənova Sevil Bahadir qızı //Cumhuriyyət.az//