“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının “100-lər” klubuna qoşulub.
Turnirin 1/8 finalında Madrid “Real”ına qarşı 1/8 final matçı (2:5) onun üçün 100-cü olub. Klopp bu saya çatan 8-ci mütəxəssisdir. 55 yaşlı çalışdırıcı “Liverpul”u 64, Dortmund “Borussiya”sını 36 ÇL matçına çıxarıb.
Turnirin Çempionlar Liqası adlandırılmağa başlandığı 1992-ci ildən bu yana ən yüksək göstərici “Mançester Yunayted”in sabiq baş məşqçisi Ser Aleks Ferqyusona məxsusdur – 202 oyun. Hazırda “Real”ın “sükançı”sı olan Karlo Ançelotti 186 matçla ikinci, uzun illər “Arsenal”da işləmiş Arsen Venger 184 görüşlə üçüncüdür.
“100-lər klubu”nda Pep Qvardiola (155 oyun), Joze Mourinyo (145 oyun), Mirça Luçesku (115 oyun) və Massimiliano Alleqri (100 oyun) də var.
Mənbə: iffhs.com