Axtarış...

Gədəbəydə qardaşı qızına əxlaqsız deyən əmi üzr istədi — Məhkəmədə barışıq

Gədəbəydə qardaşı qızına əxlaqsız deyən əmi üzr istədi — Məhkəmədə barışıq


Gədəbəy rayonunda 1962-ci il təvəllüdlü Vahid şəxsi münasibətlər zəminində qardaşı qızı Leylaya (adlar şərti verilib – red.) xəsarət yetirib.

Hadisə 27 iyun 2022-ci ildə Gədəbəy rayonunda baş verib.

Vahid həmin gün saat 08 radələrində qardaşı qızı Leylanın işləmək üçün Gədəbəy şəhərinə gedən zaman onun işləməsinə narazılıq edib.

Bu zaman onlar bir-birlərini təhqir ediblər. Bundan əsəbləşən Vahis isə Leylaya təpik və yumruq zərbələri vurub.
İstintaq orqanı tərəfindən Vahidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonunun kəndində yaşayır və kənd təsərüffat işləri ilə məşğul olur: “Zərərçəkmiş Leyla doğma qardaşım qızıdır. İyunun 27-də, səhər saat 08 radələrində özümə məxsus xırdabuynuzlu, heyvanlarını örüş sahəsinə apararkən yolda Leyla ilə qarşılaşdm. İyunun 25-də məni hansı səbəbdən təhqir etməsini soruşdum. Leyla əsəbləşərək mənim və ailə üzvlərimi təhqiramiz ifadələrlə söydü. Mən də özümü saxlaya bilmədim. Onu vurdum. Törətdiyim əməldən peşmanam”.

Cinayət işi üzrə zərərçəkmiş Leylanın sözlərinə görə, iyunun 25-də, saat 20 radələrində Gədəbəy şəhərindən evinə qayıdarkən evlərinin yaxınlığındakı torpaq yolda əmisi Vahis ondan hara getməsini soruşub: “Mən də uşağımı dolandırmaq üçün işləməyə getdiyimi dedim. Əmim əsəbi vəziyyətdə məni əxlasız adlandırdi. Bununla əlaqədar aramızda mübahisə yarandı. Mübahisə zamanı əmim məni yumruqla döydü və mənə xəsarət yetirdi. Əmimdən bu hadisə ilə bağlı polisə şikayət etmədim”.

Zərərçəkmiş qeyd edib ki, iyunun 27-də, səhər saat 08 radələrində işləmək üçün Gədəbəy şəhərinə gedərkən yaşadığı evin yaxınlığındakı torpaq avtomobil yolunun sağ tərəfində Vahid özünə məxsus heyvanları örüş sahəsinə aparmasını görüb: “Əmim məni yaxınlaşdı, ünvanıma nalayiq ifadələr işlətdi. Məni əxlaqsızlıqla məşğul olmaq üçün Gədəbəy şəhərinə getdiyimi, namussuz olduğumu dedi. Buna görə, yenidən aramızda mübahisə yarandı və əmim məni təpiklə döyərək xəsarət yetirdi”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, hazırda təqsirləndirlən şəxs ondan üzr istəyib, onunla barışıb. Qeyd edib ki, bu səbəbdən təqsirləndirlən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir.
Bu cinayət işinə Gədəbəy rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Vahidin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Demokrat.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz