Axtarış...

Həyat yoldaşı onu atdı, 5 il uşaqlarına özü baxdı, indi 140 min manat aliment ödəməyə məcbur edilir… - ŞİKAYƏT

Həyat yoldaşı onu atdı, 5 il uşaqlarına özü baxdı, indi 140 min manat aliment ödəməyə məcbur edilir… - ŞİKAYƏT

13 gün müddətinə qanunsuz olaraq həbs olunuduğunu bildirən Şəmkir sakini Ramiz Məhərrəmov: “Keçmiş həyat yoldaşımın ətrafındakı bir neçə vəzifəli şəxs tərəfindən tapşırıldığım üçün bu oyuna salınmışam”

Şəmkir rayonu, 20 Yanvar küçəsi, Hərbi şəhərcikdə yaşayan Məhərrəmov Ramiz İsmayıl oğlu tərəfindən “Hürriyyət”in redaskiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi oxuculara təqdim edirik:

“Mən, Məhərrəmov Ramiz İsmayıl oğlu, yazaraq sizə bildirirəm ki, artıq həyatımdan bezmişəm, çarəsiz, əlacsız qalmışam. Azərbaycanda pulun, gücün oyununa düşmüş şəxslərdənəm.

Cənab Prezident!

Sizin tapşırığınızdan sonra ümüdvaram ki, günahsız olaraq düşdüyüm bəladan qurtaracam.

Keçmiş həyat yoldaşım və ətrafındakı vəzifəli şəxslər tərəfindən təzyiqlərə məruz qalıram. Özüm pinəçi işi ilə məşğul oluram. İşim zəif olsa da uşaqlarıma kəsilən alimenti vaxtında ödəmişəm.

2013-cü ildə ailə həyatı qurduğum xanımla rəsmi şəkildə ayrılmışıq. 2 azyaşlı uşağım üçün kəsilən alimenti ödəyirəm, məhkəməyə verib artırır, yenə ödəyirəm. Bu barədə narazılığım yoxdur. 2015-ci ildə keçmiş həyat yoldaşım Esmira anamın telefonuna zəng vuraraq bildirib ki, “mən evdən çıxıb getmişəm, gəl uşaqlarına sahib çıx”. Gecəynən gedib Çinarlı qəsəbəsindən uşaqları götürdüm, öz evimə gətirdim.

Çinarlı qəsəbəsindəki məktəb evə uzaq olduğu üçün, uşaqları Şəmkir şəhər 20 Yanvar küçəsinə yaxın Fizuli adına orta məktəbə qoyduq. 2020-ci ilin dekabr ayında zəng vuraraq uşaqları ilə görüşmək istədiyini bildirdi. Anaları olduğuna görə, narazılıqla qarşılamadım. Həmin vaxtdan etibarən uşaqları qaytarmadı. Uşaqlarla da danışdım, dedilər ki, anamızın işləri düzəlib, biz burda qalacağıq.

Uşaqların gəlmədiyini gördüm və hər ay 170 AZN aliment ödəməyə başladım. 10 gün keçməmişdi ki, məni Şəmkir rayon İcra və Probasiya şöbəsindən çağırdılar. Aqil Məmmədov adlı şəxs mənim dərhal şöbəyə yaxınlaşmağım üçün göstəriş vermişdi. Getdim şöbəyə, həmin şəxs məni qarşıladı və bildirdi ki, sən niyə bu işin üzərinə indiyə kimi düşməyibsən, bəs aliment borcun 140 min 500 manat olub. Mən etirazımı bildirdim, sübutlarımı dedim ki, bu uşaqlar 5 il mənim yanımda olublar. Bunu məktəbdən də bilirlər, hər kəs də bilir. Həmin şöbədə başqa bir məmur otururdu, mən gedib ona məlumat vermişdim ki, uşaqlar məndədir.

Aqil müəllimə də bunları olduğu kimi danışdım. Onun guya mənə yazığı gələrək, bir vəkilin nömrəsini verdi ki, əlaqə saxla, o borcu sildirsin üstündən. Həmin vəkillə əlaqə saxladım, söz verdi ki, pulu sildirəcək.

Məhkəmə vaxtı bütün sübutlar ortaya qoyulsa da həmin məbləğdən cəmi 2 min manat silindi. Vəkilin özü üçün də ödəməli olduğum məbləği ödəmişdim. Amma vəkil verdiyi sözü yerinə yetirmədi. Mənə dedi ki, narahat olma, biz hakimə sübut etmişik, sənədlər əlimizdədir, sən get rahat həyatını yaşa, üzərinə düşəni et. Ona inandım ki, yəqin hakim sonradan qərar verib, bu borcu üzərimdən siləcək.

Bir müddət keçdikdən sonra Aqil Məmmədov məni yenidən şöbəyə çağıraraq pulu ödəməyimi istədi. Mən də vəkilin dediklərini ona bildirdim, hətta vəkillə də danışdırdım. O, bunlara məhəl qoymadılar. Daha sonra İcra və Probasiya şöbəsinin rəisi Pərviz müəllimlə birgə məni nalayiq söyüşlərlə təhqir edərək, zirzəmiyə salaraq döydülər. Məni o vəziyyətdə hakim qarşısına çıxarıb, 13 gün müddətinə inzibati həbs verdirib, polis bölməsində gizlətdilər. Həmin vaxtı polis növbətçilərindən xajiş edirdim ki, ekspertizaya və Prokurorluğa xəbər versinlər, amma sözlərimə məhəl qoyan yox idi.

Həbs müddətim bitdikdən dərhal sonra Şəmkir rayon Prokurorluğuna müraciət etdim. Oradan dedilər ki, döyülən günü gələrdin, ekspertiza təyin edərdik. “Həbsdə olduğum haqqında sənədlər var, gözümü açmağa imkan vermiyiblər”, - desəm də məhəl qoyulmadı. Sonradan mənə aydın oldu ki, keçmiş yoldaşımın ətrafındakı bir neçə vəzifəli şəxs tərəfindən tapşırıldığım üçün bu oyuna salınmışam.

Gəncə Apellyasiya Məhkəməsinin hakimi Salman müəllim mənə ayın 6-na kimi vaxt qoyub ki, ya pulu gətir, ya həbs olunacaqsan. Uşaqların 5 il müddətinə məndə olduğuna dair bütün sənədlərim var, amma 140 min manat borc üzərimdə qalıb.

Cənab Prezident!

Sizdən artıq dərəcədə xahiş edirəm, mənim işimlə bağlı tapşırıq verəsiniz. İşimə ədalətli baxılsa, bütün sənədlərim, şahidlər var, həqiqət ortaya çıxacaq. 140 min 500 manat məbləği ödəyəcək gücüm də yoxdur. Ailəmin yanında qalıram, pinəçi işləyirəm, ailəmi onunla dolandırıram. Mənə kömək edin, bu saxta borclardan canımı qurtarın”.

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz
Good day very nice website!! Guy .. Excellent .. Superb ..
I'll bookmark your web site and take the feeds also?
I'm satisfied to search out so many useful info right here in the submit, we want work out more techniques in this regard, thanks for sharing.
. . . . .

Visit my blog post [url=https://www.xiuwushidai.com/home.php?mod=space&uid=645905]t[/url]