Axtarış...

Sahibkarlar gömrükdən Prezidentə şikayət etdilər: - Şahin Bağırovun dövründə Rauf Rzayev...

Sahibkarlar gömrükdən Prezidentə şikayət etdilər: - Şahin Bağırovun dövründə Rauf Rzayev...


Bir qrup istehsalçı və ixracatçı Prezidentə müraciət edib. Anaxeber.info bildirir ki, onlar gömrükdə üzləşdikləri problemdən yazıblar. Sahibkarların müraciətini təqdim edirik:

Cənab Prezident, bu gün dünyada qlobal müharibə, qida təhlükəsi, xəstəlik olan bir dövrdə ölkəmizdə kənd təsərrüfatının ixracına yaratdığınız şəraitə süni maneələr edilir.
Belə ki, ölkə ərazisindən məhsul ixrac edilərkən rəsmiləşdirilməsi üçün Gömrük Komitəsinin ərazi üzrə idarələrinə məhsulların adı, çəkisi bəyan edilməklə nəqliyyat vasitəsilə məhsullar ixrac edilir .
Yəni ixrac üçün əlverişli gömrük idarəsi haradırsa o yerdə ixrac məhsulu rəsmiləşdirilirdi.
Ancaq hörmətli Şahin Bağırovun rəhbərliyi dövründə Şimal ərazi gömrük idarəsinin rəisi Rauf Rzayev bu ərazidən aid olmayan məhsulların ixracına icazə vermədiyini iclasda bildirib. 21 əsrdə ixraca bu cür yanaşma məntiqə uyğun deyil. Çünki dünyada "yaşıl dəhliz" sistemi mövcud olduğu bir halda, mövsümi məhsulların ixracına bu cür yanaşma hansı nəticələrə gətirib çıxaracaq? Əgər pomidor məhsuludursa və yaxud xurmadırsa, Xaçmazda rəsmiləşdirməyin deyə bir qayda hansı düşüncəyə xidmət göstərir?
Əgər Xaçmaza bəyan etsəniz nəqliyyat vasitələri boşaldılacaq .
Yəni süni ixracın qarşısına belə maneə yaratmaq həm iqtisadiyyatımıza, həm ixraca zərbədir. Gömrük rüsumu ödəndiyi halda ixracatçı niyə özünə rahat olan ərazidən məhsulu ixrac etməsin?
Cənab Prezident, bəzən düşünürük ki, rəhbərlikdə dəyişiklik olanda ixracat üçün yaxşı nəticələr olacaq. Təəssüf ki, belə hallar fəaliyyətimizə zərərdən başqa bir şey deyil. Heç Rusiya ərazisində bu qədər maneə ilə qarşılaşmırıq. Cənab Prezident, biz dəfələrlə Gömrük Komitəsinin “qaynar xətti”nə zəng etmişik, amma heç bir nəticəsi olmur, bizi yola verirlər”.

Anaxeber.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz