Axtarış...

İctimai nəqliyyatda yeni tariflər - Cədvə

İctimai nəqliyyatda yeni tariflər - Cədvə


Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurasının yanvarın 31-də keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Bununla bağlı Tarif (qiymət) Şurasının sədri Mikayıl Cabbarov qərar imzalayıb.

Qərara əsasən, tariflər aşağıdakı kimidir:

1. Müntəzəm şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri təsdiq edilsin .

2. Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 40 qəpik təsdiq edilsin.

3. Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik təsdiq edilsin.

4. Bakı-Sumqayıt avtobus marşrutunda sərnişindaşıma xidməti üzrə tarif Bakı şəhərindən Sumqayıt şəhərinə qədər olan məsafəni əhatə edir və Sumqayıt şəhərinin daxili marşrutları üzrə hərəkət davam etdikdə, həmin tarifə müntəzəm şəhərdaxili avtobus marşrutları üçün təsdiq olunan tarif əlavə edilsin.

5. Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 30 qəpik təsdiq edilsin.

6. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının ”İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə” 2018-ci il 30 iyul tarixli 7 nömrəli Qərarı ləğv edilsin.

7. Bu Qərar 2023-cü il 3 fevral tarixindən qüvvəyə minir.

Text-to-Speech

DİNLƏ






Şərh yaz