Axtarış...

Alla Puqaçova Rusiyadakı evinə ekskursiya keçirilməsinə icazə verib

Alla Puqaçova Rusiyadakı evinə ekskursiya keçirilməsinə icazə verib


Alla Puqaçova Rusiya Federasiyasının Qryazi kəndindəki qəsrində ekskursiyaların keçirilməsinə icazə verib.

Müğənninin pərəstişkarları onun həyatını yaxından görə biləcəklər.

Biletin fotosunu “Dnevniki znamenitostey” “Telegram” kanalı dərc edib. Qeyd olunub ki, ekskursiya zamanı arzu edən hər kəs Puqaçovanın buduarlarını, əri Maksim Qalkinin otaqlarını, qarderobları və klozetləri görə biləcəklər.

Eyni zamanda biletin xeyli baha olmasına baxmayaraq, istənilən çəkiliş qadağandır. Puqaçovanın unitazına baxmaq üçün isə 10200 rubl ödəmək lazımdır.

Qeyd etmək lazımdır ki, Primadonna yığılan pulları özünə saxlamaq niyyətində deyil. Biletdə göstərilir ki, toplanan vəsait Ukraynanın birinci xanımı Yelena Zelenskayanın xeyriyyə fonduna köçürüləcək.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz