Bu gün Xaçmazda qışa hazırlıqla bağlı keçirilən müşavirədə gərginlik yaşanıb.
Regional idarələrin rəhbərlərinin və icra nümayəndələrinin qatıldığı tədbirdə icra başçısı Elnur Rzayev Quba-Xaçmsz regional təhsil idarəsinin rəisi Rüfət Hacıyevə mobil telefonu stolun üstündən götürüb cibinə qoymağı tələb edib. Rüfət Hacıyev isə sözə məhəl qoymayıb və bu, icra başçısının xoşuna gəlməyib və regional təhsil idarəsinin rəisinə "Dur, çıx burdan"-deyərək ondan müşavirəni tərk etməyi tələb edib. Rüfət Hacıyev isə "Mənim burda mə işim var?"deyərək iclası tərk edib.
Millitv.az bildirir ki, Bizim.Media olayla bağlı Xaçmaz İH başçısı Elnur Rzayevə və Quba-Xaçmaz regional təhsil idarəsinin rəisi Rüfət Hacıyevlə əlaqə saxlayıb.
Rüfət Hacıyev "bunu məndən niyə soruşursunuz? Üzrlü sayın"- deyərək, danışa bilmədiyini, vaxtı olmadığını səbəb gətirib.
Xaçmaz İH başçısı Elnur Rzayev sadəcə onun iclasdan çıxdığını təsdiqləyərək "cavandır, məsələni çox da böyütməyin", - deyib.