Axtarış...

"Əlil arabası istədim, yataq istədim, heç kim kömət etmədi..." - GİLEY

"Əlil arabası istədim, yataq istədim, heç kim kömət etmədi..." - GİLEY


Xaçmazın Qaracəlli kəndində bir ana, Samirə Daşdəmirova 21 ildir ki, yataq xəstəsi olan övladına baxır.

Millitv.az Meydan TV-yə istinadən xəbər verir ki, anası ağrılar içində ağlayan serebral iflic övladını müalicə etdirə bilmir.

S. Daşdəmirova deyib ki, 21 yaşlı oğlunu qaldırıb hamam və ya başqa ehtiyacları üçün apara bilmir. Əlil arabası verilməsinə qədər müraciət edib, amma məktubları cavabsız qalıb. Bundan əlavə ailə sosial yardım üçün qeydiyyatdan keçib, ancaq bir oğlu hərbçi olduğu üçün ailəyə ünvanlı sosial yardım təyin edilmir:

“Yoldaşım da xəstədir. Çox yerə müraciət etmişəm, əlil arabası istədim, yataq istədim, heç kim kömət etmədi, o bunun üstünə atdı, bu onun üstünə atdı. Kənd tibb bacısı iynə vurmağı bacarmır, təcili tibbi yardımı çağırıram, uzaqdır deyə gəlmir”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz