Axtarış...

Teatr Xadimləri İttifaqı və “Aktyorlar Evi” nədən boş məzarlığa çevrilib? - ŞOK FAKTLAR

Teatr Xadimləri İttifaqı və “Aktyorlar Evi” nədən boş məzarlığa çevrilib? - ŞOK FAKTLAR


29 dekabr 2006-cı ildə prezident İlham Əliyev 222-IIIQ saylı “Teatr və teatr haqqında Azərbaycan Respublikası Qanunu”nu imzalayıb. 98 maddəlik qanunda faktiki olaraq, milli teatrımızın inkişafı adına hər şey demokratik biçimdə öz yerindədir. Prezident İlham Əliyev 18 may 2009-cu il tarixdə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 277 saylı sərəncamı ilə mədəniyyətə və teatra verdiyi dəyəri daha da gücləndirib.

Ölkənin “Ana Teatrı”nı kim bərbad hala salıb?

Azərbaycan Milli Teatrının siması Akademik Dövlət Dram Teatrı hesab olunur. Ancaq bu qocaman teatrın direktoru, bədii rəhbəri və baş rejissoru statusunu daşıyan Azərpaşa Nemətovun kəraməti sayəsində 145 illik böyük ənənələri olan Akademik Teatr “Kukla Teatrı”na çevrilib. Bunun səbəbi odur ki, Azərpaşa Nemətov uzun illər “Gənc Tamaşaçılar Teatrı”nda işlyib. Bu teatrın profili gənclər və uşaqlar üçün tamaşalar hazırlamaq olub. Halbuki, Akademik Teatrımız çağdaş teatrın estetik-fəlsəfi, sosial-ictimai xarakteri ilə zamanın ritmini irəli sürməlidir. Bu düşüncə ilə teatr prosesinə təkan verməlidir. Zamanın ritminin fəlsəfi baxımdan və şüuraltı qatlarının sosiumunu anlatmağı önə çəkməlidir. Bütün bunları Azərpaşa Nemətov bilmirsə, deməli Akademik Teatrındakı problem elə onun özüdür.

Teatr Xadimləri İttifaqı və “Aktyorlar Evi” nədən boş məzarlığa çevrilib?

2003-cü ildə Azərpaşa Nemətov Azərbaycan teatrı və kinosunun müqtədir sənətkarı, xalq artisti Həsənağa Turabov dünyasını dəyişdikdən sonra, 1866-cı ildən fəaliyyət göstərən bu qocaman sənət ocağının, Teatr Xadimləri İttifaqının sədri vəzifəsinə keçdi. Elə bu dönəmdən başlayaraq, “Aktyorlar Evi”nin çırağı da söndü. Daha doğrusu “səssiz məzarlığa” çevrildi. Ona görə ki, Teatr Xadimləri İttifaqı və “Aktyorlar Evi”nə rəhbərlik edən Azərpaşa Nemətov və onun “komandası” istedadsız adamlardan ibarət idi. Onlar istedadlı rejissorlardan, dramaturqlardan və təbii ki, aktyorlardan çox qorxurlar. Bununla yanaşı, ölkə teatrlarının festivallarının keçirilməsi və mədəni mühitimiz üçün gərəkli olan digər addımlar da dolayı yolla yasaq edildi.

Əlbəttə, Azərpaşa Nemətov adını daşıyan vətəndaşla ilgili bizim hansısa bir sorunumuz yoxdur. Biz onun daşıdığı ictimai yükə uyğun olmadığını dilə gətiririk. Ona görə ki, hər bir xalqın mədəniyyətinin inkişafı həm də onun mədəni səviyyəsinin ölçüsü hesab olunur. Ortabab düşüncə tərzi ilə böyük sənət iddiasında bulunmaq hər zaman fəlakətlərin təməli sayılıb. Biz bu fəlakətləri gördüyümüz üçün Azərpaşa Nemətovu zaman-zaman tənqid etmişik. 20 ilə yaxındır Teatr Xadimləri İttifaqının sədri olduğu dönəmdə bircə dəfə də olsun teatr xadimlərinin problemləri ilə ilgilənməyib. O, bu qurumu da özünün biznes obyektinə çevirib. Halbuki, qanunla Teatr Xadimləri İttifaqına məxsus mülkiyyətin satılması, hədiyyə edilməsi və icarəyə verilməsi, eyni zamanda bu qurumun rəhbərliyinə təyinat ancaq qurultayın səlahiyyətindədir.

Ancaq Teatr Xadimləri İttifaqının (TXİ) əvvəllər idarə heyətinin sədri və bu gün ümumi rəhbərliyin sədri statusu ilə Azərpaşa Nemətov qanunsuzluq edərək qurumun fəaliyyətində çoxsaylı problemlərin yaranmasına səbəb olub. Belə ki, onun əməlindəki cinayət tərkibinə daxil olan məsələlərdən biri də “TeaFond”a məxsus olan əmlakı vaxtilə Bakı şəhəri Daşınmaz Əmlakın Reyestri Xidmətinin sabiq rəhbəri Arif Qaraşovla əlbir olaraq, “Muradlı” şirkətinə satıblar. Beləliklə, şəhərin mərkəzində dəyəri milyonlarla dollar olan 67 sot ərazi zəbt edilib. Axı “TeaFond” QTSC ləğv olunmayıb, Ədliyyə və keçmiş Vergilər Nazirliyində qeydiyyatı olan bir şirkətdir. Bununla yanaşı, şirkət gəlirindən hər ay dövlətə vergi ödəyir.

Məhkəmənin ədalətsiz qərarı…

Bütün cinayətləri görən “Teafond” İKM-in rəhbərliyi hüquq pozuntusunun qarşısını almaq və öz əmlakına sahib çıxmaq üçün yenidən məhkəməyə müraciət edir. AR İqtisad Məhkəməsi hakimlər S.Seyidova, A. Hüseynov və R. Ataşovadan ibarət tərkibdə işə baxaraq “Teafond” İKM-nin iddiasını təmin edir. İqtisad Məhkəməsinin 5-6 fevral 1998-ci il tarixli 24/11-30 saylı qətnaməsi və xüsusi qərardadı ləğv edilərək “Teafond” QTSC-nın hüquqi statusunu bərpa edir. Bu qətnamədən sonra Bakı Şəhəri İHTİ və MHQİ TXİ-nə verdiyi 000588 saylı qeydiyyat vəsiqəsini ləğv etməli idi. Hakim S. Seyidova qeydiyyat vəsiqəsini ləğv etmək barədə idarənin rəisi Arif Qaraşova məktub göndərsə də qarşı tərəf əvvəlki qanunsuz əməllərini davam etdirərək hər şeyi qulaq ardına vurub. İqtisadi Məhkəməsinin qeyd edilən qətnaməsində göstərilir ki, 3 saylı dəyirman kompleksinin binası TXİ- nin deyil, “Teafond” QTSC-nin əmlakıdır. Beləliklə, TXİ- İH 8/1 saylı qərarı qəbul edərkən müstəqil hüquqi şəxs kimi “Teafond”-un hüququnu pozmuşdur. Baxmayaraq ki, TXİ 26 iyun 1996- cı il tarixli 01 saylı əqdlə 3 saylı dəyirman binasının “Teafond” İKM-yə məxsus olduğunu yazıb və möhürlə təsdiq edib. Qeydiyyatı bərpa olunan “Teafond” QTSC-nın rəhbərliyi TXİ-nə verilmiş QYM seriyalı 000588 saylı qeydiyyat vəsiqəsinin ləğv olunması, “Teafond” QTSC-nin 3 saylı dəyirman kompleksinə hüququnun tanınması, həmin mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilməsinin Tİ X və MHQİ-nin üzərinə qoyulması və TXİ-nin 3 saylı dəyirman kompleksindən çıxarılması barədə qərar çıxarılması iddiası ilə 1 saylı İqtisad Məhkəməsinə müraciət edir. Hakim Ülvi Mayilovun sədirliyi ilə keçən prosesdə qeyri-adi hadisə baş verir. Yerli məhkəmə 18 noyabr 2002-ci ildə çıxartdığı 1833/5-346 saylı qətnaməsinə əsasən Azərbaycan məhkəmələrinin tarixində ilk dəfə Ali Məhkəmənin qərarını ləğv edir. Beləliklə də məhkəmənin sifarişlə hərəkət etməsi faktı ortaya çıxır.

Ülvi Mayilov məhkəmədə kobud qanun pozuntusuna yol vermiş və məhkəmədə öz həllini tapmış Ali Məhkəmənin qərarı ilə təsdiq olunmuş və Ədliyyə Nazirliyində 2055 saylı Şəhadətnamə verildiyi gündən qüvvəyə minməsinə baxmayaraq hakim cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş qarşılıqlı iddianı rədd etmək əvəzinə, vəzifəli şəxslərin sifarişlərini yerinə yetirib. Belə ki, Prezident Administrasiyası humanitar məsələlər şöbəsinin sabiq müdiri Fatma Abdullazadə hakim Ü. Mayilova zəng edərək ona təzyiq göstərib. Nəticədə Ü.Mayilov belə əcaib qətnamə çıxartmaq məcburiyyətində qalır. Onun çıxartdığı qətnamədə göstərilən bir sıra faktlar əslində iş materiallarında yoxdur.

Tarixi saxtakarlıq…

Qətnamədə qeyd edilir ki, həmin binanın dəyərini ödəmək üçün Az TXİ-nin müraciətinə əsasən keçmiş SSRİ TXİ tərəfindən vəsait ayrılmış, həmin vəsait Azərbaycan Teatr Xadimləri İttifaqının hesabına köçürmüş sonradan TXİ-nin hesabından guya “Teafond” İB hesabına köçürülmüşdür. Halbuki iş materiallarında bu faktları təsdiq edən heç bir sənəd yoxdur. Ü. Mayilov yazir ki, TXİ-nin sədrinin 12 noyabr 1990-ci il tarixli sərəncamı ilə “Teafond” İstehsalat Birliyinin hesabına köçürülmüşdür. Halbuki, iş materiallarında bu faktları təsdiq edən heç bir sənəd yoxdur. Ü. Mayilov yazır ki, TXİ sədrinin 12 noyabr 1990-ci il tarixli sərəncamı ilə “TeaFond” İB-nin hesabındakı həmin vəsaitdən 372.880 manat 12 dekabr 1990-cı il tarixli 60 saylı ödəniş tapşırığı ilə “Teafond” İB hesabından Taxıl Məhsulları Nazirliyinin hesabına ödənilib. Vəsait SSRİ TXİ tərəfindən deyil, keçmiş Oktyabr rayon bankından istehsalatı genişləndirmə fondundan köçürülüb. Hakim isə bir-birinə zidd qərar çıxarıb. Bundan başqa dəyirman binasının yerləşdiyi torpaq sahəsi 1990-cı ilin iyulunda 90/262 saylı aktla TXİ-yə təhvil verilmişdir. 10 oktyabr 1990-cı il tarixdə Az TXİ –nin adına inşaat pasportu verilmişdir. Amma hakim onu nəzərə almır ki, 90/262 saylı akt TXİ –yə 3 saylı dəyirman binasında Mədəniyyət Ticarət Mərkəzi yaratmaq üçün “Tikinti Pasportu” verilib. Bakı şəhər Baş Memarlıq İdarəsi pay torpağı ayırmaqla məşğul olmur. Belə hüquqa zidd qərardan narazı qalan “Teafond”QTSC-nın rəhbərliyi bir daha məhkəməyə müraciət edir. İqtisad Məhkəməsi iddiaya baxaraq 25 fevral 2003-cü ildə 758 A / II -220 saylı qətnamə qəbul edib. Hakimlər E. Nağıyeva, R. Ataşova və A. Hüseynovdan ibarət məhkəmə tərkibi bu dəfə də ciddi qanunsuzluqlara yol verib. İlk növbədə hakimlər əvvəlki prosesdə Ülvi Mayilovun buraxdığı səhvlərin iş materiallarında olub olmadığını araşdırmayıblar. İkincisi, prosesdə iştirak edən hakimlər “Teafond” QTSC ilə TXİ arasında davam edən əvvəlki məhkəmə baxışlarında da iştirak ediblər. Sədr E. Nağıyeva TXİ ilə “Teafond” İKM arasında baş verən 02 aprel 1998- ci il tarixli məhkəmə prosesində, Baş Prokurorluğun protestindən 29.09.1998-ci il tarixli İqtisad Məhkəməsinin Rəyasət Heyətində hakim R. Ataşova TXİ ilə “Teafond” QTSC arasında baş verən 07.03.2002-ci il tarixli məhkəmə prosesində, eləcə də A Hüseynov həmin prosesdə hakim kimi iştirak ediblər. Müasir Azərbaycan qanunvericiliyinə görə bir prosesdə iştirak edən hakimin aidiyyatı iş üzrə başa çatmış məsələyə yenidən baxmaq hüququ yoxdur. Buna baxmayaraq hakimlər E. Nağıyeva, R. Ataşova və A. Hüseynovdan ibarət tərkib prosesdə iştirak edərək “Teafond” QTSC-nin apellyasiya şikayətinin təmin edilməməsi və 1 saylı yerli İqtisad Məhkəməsinin 1833/5-346 saylı 18 noyabr 2002- ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarıblar. Göründüyü kimi hal-hazırda Ali məhkəmənin qüvvədə olan bir-birinə zidd iki qərarı var. Birinci qərarda hakimlər S. Seyidova, A. Hüseynov və Rəbiyyət Ataşova. Ziddiyyətdə olan qətnamədə hakimlər E. Nağıyeva, A. Hüseynov və R. Ataşova. Belə qətnamələr heç bir ölkədə yoxdur.

Şamil Ağayev pozulmuş hüquqlarına görə məhkəmələrdə davasını davam etdirir

“Teafond” QTSC-nin direktoru Şamil Ağayevin dediyinə görə, Teatr Xadimləri İttifaqının sədri A.Nemətovun yol verdiyi qanun pozuntuları bununla bitmir: “Azərpaşa Nemətov mənim işdən çıxarılmağım haqda saxta sərəncam verib. 25 oktyabr 1994-cü il, 27 saylı sərəncamda göstərilir ki, guya mən öz ərizəmə əsasən işdən azad edilirəm. Əslində mən heç bir ərizə yazmamışam və indiyə qədər TXİ üzvü olaraq qalıram. A. Nemətov qanunsuz olaraq sədri olduğu təşkilatda işləməyən qohumları Arif, Sevil, Nərminə Nemətlovların təyyarə ilə gediş haqqını TXİ-nin hesabına ödəyib. Bu cinayətlərə hüquq mühafizə orqanları biganə qalmamalı və layiqli qiymət verməlidir. Çünki A. Nemətov mənim işdən çıxarılmağım barədə saxta sərəncam verməklə AR Əmək Məcəlləsini pozub. A. Nemətov həmçinin TXİ ilə “Natavan” firma mağazası arasında bağlanmış 28. 08. 1997- ci il tarixli müqavilənin şərtlərini pozduğuna görə ARCM – nin 172 və 194 –cü maddələri ilə onun özünə qarşı cinayət işi qaldırılmışdır. Bundan başqa, A. Nemətov Ali İqtisad Məhkəməsinə yazır ki, guya “Teafond” İKM-nin QTSC çevrilməsi barədə iclasda tamam başqa qərarlar qəbul edilib. QTSC-nın dövlət qeydiyyatından keçirilməsi üçün Ədliyyə Nazirliyinə müraciət məqsədi ilə iclas isə ümumiyyətlə olmayıb. Lakin Səbail rayon Prokurorluğunun apardığı araşdırma A. Nemətovun yalanını üzə çıxarıb”.

(Ardı var)
“Hürriyyət”
Text-to-Speech

DİNLƏ






Şərh yaz