Axtarış...

Şanlı Zəfər günü məktəblilərin gözü ilə

Şanlı Zəfər günü məktəblilərin gözü ilə

2020-ci il noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biri oldu. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Şanlı Zəfər günü məktəblilərin gözü iləBütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındı. Artıq iki ildir ki, 8 noyabr zəfər günü olaraq hər bir azərbaycanlı üçün özəl bir günə çevrilib. Bu gün təkcə böyüklər üçün deyil, məktəblilər üçün də əlamətdar sayılır.Şanlı Zəfər günü məktəblilərin gözü ilə İnsan üçün Vətən doğulduğu evdən, yaşadığı kənddən və ya şəhərdən başlayır. Hər bir kəsin ilk dəfə qədəm basdığı məktəb isə onun üçün Vətənin bir parçasına çevrilir. Ailədə başlayan vətəni sevmək dərsi məhz orta məktəbdə daha mükəmməl şəkil alır, vətənpərvərlik duyğuları sinif otaqlarında müəllimlərin səyi ilə formalaşır, onun uğrunda çəkinmədən canını qurban vermək qətiyyəti də məhz yeniyetməlik çağlarında daha dönməz şəkil alır. Bu, bir həqiqətdir ki, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz. Şanlı Zəfər günü məktəblilərin gözü ilə Şəhidlərimiz ,qısa bir ömür yaşadılar, lakin unudulmaz əməlləri ilə əbədiyyətə qovuşdulər. Özündən sonrakı nəsillərə örnək oldular, vətəni, torpağı, milləti bütün insanlara sevdirməyi öyrətdilər. Yaşadığı torpağa, ailəyə, el-obaya şərəf gətirdilər. Onların adı çəkiləndə hamı baş əyir. Polad Həşimov, İlqar Mirzəyev, Anar Novruzov, Namiq Əhmədov, Rəşad Mahmudov, Yaşar Babayev, İlqar Zeynallı, Vüqar Sadıqov, Elşad Məmmədov, Elçin Mustafazadə, Xəyyam Daşdəmirov, Nazim İsmayılov Vüsal Müsayev və başqaları məhz bir anda vətənin azadlığı uğrunda mübarizədə xalqının, millətinin dilləri əzbəri oldular. Bir anda millətinin Qəhrəmanına çevrildilər.
Şanlı Zəfər günü məktəblilərin gözü ilə Şəhidlik zirvəsinə ucalmaqla ölümsüzləşdilər. Vətən uğrunda mübarizə aparmış belə öyünüləsi, fəxr ediləsi qəhrəmanlarımız minlərlədir. Hər birinin döyüş yolu bir əfsanə, bir dastan, bir tarixdir. Bu igidlər qısa bir ömür yaşadılar, əsil vətən oğlunun çətin məqamlarda edə biləcəyi son borcu şərəflə yerinə yetirdilər. Onlar şəhid oldular-gözlərini qırpmadan, dizləri titrəmədən, əlləri əsmədən, ürəyində qorxu xofu yaranmadan. Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı.Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duymaq, onları unutmamaq hər bir azərbaycanlı üçün mənəvi borca çevrilməlidir. Qədirbilən Azərbaycan xalqı şəhidlərimizi unutmur, onların əziz xatirəsini daim yad edir.
Şanlı Zəfər günü məktəblilərin gözü iləNəvəmi hazırlıq qrupuna apardığım 176 nömrəli məktəbdə rast gəldiyim bir mənzərə məni duyğulandırmağa yanaşı, qürurlandırdı həm də. Bu məktəbdə bütün siniflərə şəhid adları verilmiş, ölümsüzlük zirvəsinə yüksəlmiş igidlərimizin şəkilləri çərçivəyə salınaraq sinif qapılarına vurulmuşdu. Öyrəndim ki, onların şərəfli həyat yolu şagirdlərə öyrədilir. Bu addım artıq təbliğ edilərək digər təhsil müəssisələrində də gözəl təşəbbüs kimi həyata vəsiqə qazanıb. Şənbə günü isə məktəbdə şanlı zəfər günü təntənə ilə qeyd edildi. Valideynlər də tədbirə dəvət almışdılar. Öncə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin ən kiçikyaşlı şagirdləri, 0”b” sinfinin öyrənciləri birlikdə Dövlət Himnini ifa etdilər.
Şanlı Zəfər günü məktəblilərin gözü iləBalaca fidanlar sevimli müəllimləri Gülrux Hüseynovanın öyrətdiyi və Vətənə, üçrəngli bayrağımıza, uğrunda qurbanlar verilmiş müqəddəs torpağa həsr edilmiş seirləri həyacan və qururla söylədikcə düşünürdüm ki, belə övladları olan xalqa yalnız qələbə yaraşır. 5 yaşlı Əminə, Məhəmməd, Raul, Asena, Tofiq, Nur, Nilay, Yusif, Müslüm, Nilay, Rəna, Baqir, Nicat, Nizami, A.Raulun çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Balaca Nərgizin şair Nazim Mizanın “ Vətən sənə canım fəda”şeindən böyük qururla səsləndirdiyi iki misra iştirakçıları çox duyğulandırdı.
Vətən ruhdur, Vətən candır,
Şəhidlərim verən qandır.
Qarabağ Azərbaycandır!
Sonunda var böyük nida
Vətən sənə canım fəda!

Vur komandir, düşməni vur
Külünü göylərə sovur!
Əsgərim it kimi qovur
Qaçır dığa, qaçır gəda,
Vətən sənə canım fəda!

Nazilə Nəriman
Text-to-Speech

DİNLƏ






Şərh yaz