Axtarış...

Dərdmizin bahalı dərmanı: Nə istehsal var, nə də keyfiyyət - BELƏ HARA GEDİRİK?

Dərdmizin bahalı dərmanı: Nə istehsal var, nə də keyfiyyət - BELƏ HARA GEDİRİK?


Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materialların idxal gömrük rüsumundan azad edilmə müddəti artırılıb.

Beləliklə, tibbi maska idxalı 2025-ci ilə qədər gömrük rüsumundan azad edilir. Eyni zamanda şprislərin ölkəyə idxalı 31 dekabr 2024-cü ildən idxal gömrük rüsumundan azad edilir.

"Yerli dərman istehsalı ilə bağlı bir neçə iri layihələr həyata keçirilməkdədir".

Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu istiqamətdə Ələt və Pirallahı Azad İqtisadi Zonasında işlər aparılır:

"İnanıram ki, çox qısa müddətdə Azərbaycan özünü əksər dərman vasitələri ilə təmin edə biləcək".

Qeyd edək ki, bu gün əczaçılıq məhsulları xaricdən idxal olunur. Hazırda spris və maska kimi məhsullar gömrük rüsumundan azad edilsə də, idxal olunan dərmanların qiymətində artım müşahidə olunur. Bu istiqamətdə problemlərin ardan qaldıırlması üçün bir neçə ildir ki, yerli əczaçlıq məhsulları, dərman istehsalı başlanacağı deyilsə də, hələlik bu reallaşmır.

Mövcud problemin aradan qaldırılmasında maliyyə, yoxsa mütəxəssis çatışmazlığı özünü göstərir?

Farmokoloq Aydın Əliyev Cebhe.info-ya bildirdi ki, Azərbaycanda tibb sahəsi üzrə kifayət qədər mütəxəssislərimiz var:

"Hazırda ADTU-nun tələbəsi Nuran Abdullayev Almaniyanın Köln şəhərində nevrocərrah kimi çalışır. O cümlədən, xaricdə əczaçılıq sahəsində çalışan xeyli mütəxəssisimiz var. Sadəcə olaraq, əczaçılıq fəaliyyəti yalnız yaxşı mütəxəssislərin olması ilə kifayətlənmir. Ən vacib amillərdən biri kimi, həmin sahəyə vəsaitin qoyulmasıdır.

Adi bir laboratoriyaya vəsait qoyulmalıdır ki, tədqiqatlar aparılsın.

Əczaçılıq sahəsində də yerli istehsalın olması vacibdir. Hələ bir neçə il öncə ölkədə dərman zavodlarının açılacağı ilə məlumat verilmişdi. Bu yaxınlarda da Ələt İqtisadi Zonasında da dərman istehsalı ilə bağlı fikirlər səsləndi.

Ümumiyyətlə, şpris, maska, əczaçılıq məhsulları strateji məhsullardır. Bizim üçün adi görünən bu məhsulların idxalı xaricə valyuta axınına səbəb olur. Ona görə də onların yerli istehsal məsələsi həllini tapmalıdır.

Eləcə də ölkəyə keyfiyyətsiz qidalar, dərmanlar gəlməməlidir. Həmin keyfiyyətsiz qidalar müxtəlif xəstəliklər yaradır. O cümlədən dərmanlar da müxtəlif problemlərə yol açır. Dərmanların keyfiyyətinə həkimlər cavabdeh deyil. Həkim həmin dərmanın adına cavabdehdir. Bu gün xaricdən dərman gətirənlər mütləq vətəndaşların sağlamlığını nəzərə almalıdırlar".

Farmokoloq şpris və maskanın gömrük rüsumundan azad edilməsinin çox müsbət addım olduğunu deyir:

"Məsələn, maska yalnız virusdan qorunmaq üçün deyil, havalar soyuyub və maska taxılmalıdır. Yaponiya variantı kimi soyuq havalarda maskadan istifadə edilməlidir ki, nəfəsimiz isti olsun.

Azərbaycanda bir problem var, kimi hansı vəzifəyə təyin edirlərsə, elə düşünür ki, bu sahəni ondan yaxşı bilən yoxdur. Faciələrimizin biri budur. Mən farkologiya sahəsində "Meksidol" adlı preparatın həmmüəllifiyəm. Rusiya öz alimlərini 2002-ci ildə qiymətləndirdi və mən də öz ölkəmdən gözləyirəm. Adi görünən hər hansı bir dərmanın istehsalı üçün zavod lazımdır və onu da alim aça bilməz.

Mən təklif etmişdim ki, Azərbaycanda Farmokologiya elmi-tədqiqat institutu yaradılmalıdır. Adi bir dərman böyük alimlərin işinin məhsuludur. Dərmanların ekspertiza idarəsi var və ölkəyə keyfiyyətsiz dərmanlar buraxılmamalıdır.

Bundan başqa, dərmaların reklamını aparırlar, bu qəti şəkildə olmaz. Bu əhalini çaşdırmaqdır, həkimsiz dərman qəbul etmək olmaz".
Text-to-Speech

DİNLƏ






Şərh yaz