Axtarış...

Hökumət, “Masdar” və “AccessBank” arasında razılaşma təsdiq edildi

Hökumət, “Masdar” və “AccessBank” arasında razılaşma təsdiq edildi


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti, “Masdar Azərbaycan Enerji” MMC və “AccessBank” QSC arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Məqsəd "qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” ölkə prezidentinin 2 aprel 2021-ci il tarixli sərəncamının icrasını təmin etməkdir.

Xatırladaq ki, sözügedən razılaşmanı bu il iyulun 30-da hökumətin adından energetika naziri Pərviz Şahbazov imzalayıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz