“Mən bir il müddətinə bu heyvana 1000 manat xərc çəksəm, biri hardasa günə 3 manatlıq ot yeyir. Bu, aya hardasa 90 manat edir. Bir heyvan. Bir ilə də vuranda təxminən 900-1000 manatdan yuxarı pul edir. Lap olsun 500 manat. Bunun heç 500 manat qiyməti yoxdur”.
DİA.AZ bildirir ki, özünüməşğulluq proqramı çərçivəsində heyvandarlıqla məşğul olmaq üçün Sumqayıt şəhər Məşğulluq idarəsinə müraciət edən Əhliman Əliyevə 3 inək verilib. Amma verməsəydilər, ondan yaxşı idi. Hər halda, vətəndaşın dediklərindən belə anlaşılır.
Vətəndaşa inəklərin ayda 600 litr süd verəcəyi və nəticədə 600-700 manat gəlir əldə edə biləcəyi vəd edilsə də, əslində verilən heyvanların yaşlı və xəstə olduğu ortaya çıxıb.
Məsələ ilə bağlı Millitv.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...