Axtarış...

Muxtar Babayevin işçiləri Lerikdə NECƏ PROBLEM YARADIR... - NARAZILIQ VAR!

Muxtar Babayevin işçiləri Lerikdə NECƏ PROBLEM YARADIR... - NARAZILIQ VAR!


1998-ci ildə Dövlət İslahat Komissiyası tərəfindən torpaqlar pay torpağı kimi vətəndaşlar arasında bərabər bölünüb. Həmin torpaqlar vətəndaşların mülkiyyətinə verilib. Ancaq Lerikin Peştətük kəndinin sakinləri 20 ildən çoxdur istifadələrində olan pay torpaqlarının hüquqi sahibi deyillər. Vaxtilə torpaqlar paylansa da, vətəndaşlara Dövlət Aktı verilməyib. Rayonun başqa kəndlərində bu proses tam başa çatdırılsa da, Peştətükdə yarımçıq qalıb. Bu, kəndlilərə torpaqların Meşə Fonduna aid olmasıyla əsaslandırılıb.

Bu barədə Meydan TV-yə danışan Eldost Ağaverdiyevin sözlərinə görə, kəndin ərazisi bütövlükdə Meşə Fondunun balansında göstərilir. Bunu əsas gətirib deyirlər ki, bu torpaqlar şəxsi mülkiyyətə verilə bilməz. Kənd sakinləri də ayrılmış torpaq sahələrindən faktiki istifadə edib, məsələnin nə vaxtsa hüquqi baxımdan həllini tapacağı günü gözləyib.

Biri gəlir, kəndlini torpaqdan qovur”

Kənd sakinləri bir də xəbər tutublar ki, pay torpaqları yavaş-yavaş əldən çıxır. Eldost Ağaverdiyev danışır:

“Məsələn, bir işbaz gəlir, əlində Eklologiya və Təbii Sərvətlər Nazirliyinin icazə sənədi, kəndlidə isə heç bir sənəd yox, deyir, çıx, dövlət buranı mənə sənədlə icarəyə verib. Kəndli də məcbur olub illərlə istifadəsində olan pay torpağını təhvil verir”.

Sakinin deməsinə görə, əvvəllər bu hallar tək-tük baş verdiyindən kəndlilər çox ciddiyə almayıblar. Ancaq son illər kütləviləşdiyindən narahatlıq yaradıb:

“Biz də torpaqlarımıza sənəd tələb etməyə başladıq. Bütün müraciətlərimizə cavab gəlir ki, torpaqlar Meşə Fondunun balansındadır. Torpaqların təyinatını yalnız Nazirlər Kabinetini dəyişə bilər. İndiki və bundan əvvəlki icra başçılarındansa ancaq quru vədlər eşitmişik ki, guya bu məsələ nə vaxtsa həllini tapacaq”.

“İllərdir başımızın altına yastıq qoyurlar”

Sakin deyir, ayrı-ayrı sahibkarlar Meşə Fonduna aid olduğu iddia edilən torpaqlarda tikinti, hətta asfaltlanma işləri aparıblar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə aradabir əraziyə komissiya göndərməklə sakinlərin başının altına yastıq qoyub:

“Komissiya gəlib baxış keçirib, aktlar tərtib edib. Həmin aktlarda da sahibkarlar tərəfindən edilmiş qanunsuz hərəkətlər qeyd edilib. Özləri də şahid olublar ki, sahibkarlar yaratdıqları istirahət mərkəzlərində müxtəlif ölçüdə bişmiş kərpicdən restoranlar, yatacaq yerləri, motorxana tikiblər. Çay yatağını doldurublar. Meşə ərazisinə asfalt döşəyiblər, daş plitələr düzüblər. Halbuki, kəndlilər oranı əkin sahəsi kimi istifadə edirdi”.

Müqaviləyə xitam verilib, amma…

1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən bildirilib ki, Gürdəsər meşəbəyliyində 2,3 hektar meşə ilə örtüyü olmayan boş ərazi istirahət obyekti yaradılması məqsədilə müqaviləylə “Cənub TİM” MMC-nin 5 illik icarəsinə verilib. 1 il sonra müqavilənin icra vəziyyəti yoxlanılarkən pozuntular aşkar edilib və müqaviləyə birtərəfli xitam verilib. “Cənub TİM” MMC-nin sahibi müqavilənin uzadılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Apelyasiya Şurasına müraciət edib. 2021-ci ilin avqustunda Apelyasiya Şurası müraciəti təmin edib, müqavilə növbəti 5 il müddətinə uzadılıb.

İndi kənd sakinlərinin pay torpaqlarına sənəd almaq problemi arxa plana keçib, onlar meşə torpaqlarının tikintilərdən təmizlənməsini istəyirlər. //Meydan TV//
Text-to-Speech

DİNLƏ






Şərh yaz