“Donetsk Xalq Respublikası”nın sabiq müdafiə naziri İqor Qirkini (Strelkov) yaxalayana 10 min dollar mükafat veriləcək.
Bu barədə “RT in Russian”nın “Telegram” kanalında məlumat yayılıb.
Belə ki, keçmiş nazirin cəbhəyə göndərilməsi xəbəri yayıldıqdan sonra onun ələ keçirilməsi üçün “Sağ sektor”un Odessa bölməsinin keçmiş rəhbəri Sergey Sternenko belə bir mükafat elan edib.
O bildirib ki, mükafatı şəxsi vəsaitindən ödəyəcək.