Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqaya səfər ediblər.
Prezidentlərin “Azadlıq radiosu”nun jurnalisti ilə maraqlı dialoqu olub. Belə ki, İlham Əliyev jurnalistin təmsil etdiyi media orqanının adını eşidərkən zarafatla “Bunlar “SOROS”çulardır. Tanımıram sizi. “SOROS”a salam söylə bizdən. “SOROS”a de ki, biz burada da qardaşıq” deyib.
İlham Əliyev daha sonra jurnalistin suallarını cavablandırıb.
Jurnalistin “Nikol Paşinyan deyir ki, Azərbaycan Qarabağ erməniləri ilə danışıqlar aparmalıdır” sualına Prezidentin cavabı belə olub:
“Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik. Bilirsiniz ki, bu gün görüş olacaq: Şarl Mişel, Emmanuel Makron, Paşinyan və mən. Bu görüşün nəticələri ümid edirəm ki, müsbət olacaq, irəliləyiş olacaq".