Teref.az-ın poçtuna daxil olmuş şikayət məktubunu təqdim edirik!
Salam mən Cəfərli Oğuz Rüstəm oğlu II Qarabağ müharibəsinin ilk günündən son gününədək müharibədə iştirak etsəm də düz Şuşayadək gedib çıxsam da mənə cənab Prezident tərəfindən Kəlbəcərin azad olunmasına görə müdalı verilsə də hələ də müharibə iştirakşısı adı və vəsiqəsi verilmir ki 80 manat müavinətimi alım. Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2021-ci il tarixli 3088 nömrəli sərəncamına əsasən 2020-ci il sentyabrın 27 dən noyabrın 10 dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxsalərə "Müharibə veteranı" adının və "Azərbaycan Respublikasının müharibə veteranı" vəsiqəsinin verilməsi, habelə "Müharibə Veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin edilməsi və ödənilməsi şamil edilir.
Prezidentin sərəncamı yerlərdə icra olunmur.Hərbi biletimin 14 cü bəndində də açıq qeyd olunub ki, döyüşlərdə iştirak edib və hərbi hissənin möhürü ilə təsdiq olunub.Belə şıxır ki, Kəlbəcərin azad olunması uğrunda gedən döyüşmüşəm amma müharibə iştirakçıxı deyiləm!
Azərbaycan Republikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Silahlı Qüvvələrin hərbi Qulluqşularının "Kəlbəcərin azad olunmasına görə" müdalı ilə təltif olunması haqqında sərəncamında Kəlbəcər rayonunun azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların siyahisında mənim adım da var və mən müvafiq medalla təltif olunmuşam. Amma veteranlıq məsələsi gələndə deyirlər yox döyüşlərdə iştirak etməmisən.
Nə qədər gözləyim axı mən? Gərək mən də sosial şəbəkələrə çıxıb hay-küy salım, yoxsa özümə od vurub yandırım ondan sonra məni eşidən olsun.
Əmək Nazirliyinə, Müdafiə Nazirliyinə, yaşadığım Sumqayıt şəhər İcra Hakimiyyətinə yazılı müraciət etsəm də heç birindən mənimlə əlaqə saxlayan olmamışdır.Xahiş edirəm mənə köməklik edin.
Ünvan : Sumqayıt şəhəri Yaşıldərə yaşayış massivi.