Axtarış...

Birinci vitse-prezident Mehriban Əliyeva ümumxalq məhəbbətini necə qazandı?

Birinci vitse-prezident Mehriban Əliyeva ümumxalq məhəbbətini necə qazandı?
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövləti naminə yaratdıqları və ifadə etdiyi böyük ictimai ideyalar xalqımızın tarixinin dönüş dövründə meydana çıxdı. Bu dövr Ulu Öndərin ideyalarının sədaqətli davamçısı, yeni böyük idealların çarçısı Mehriban Əliyevanın istedad və dühasının yetişməsi, özünü göstərməsi və həyata keçməsi üçün əlverişli zəmin, şərait oldu. Bununlada o, xalqın inamında, etibarında Azərbaycanın böyük xadimlərin parlaq nəslinin ümid dolu işıqlı müasiridir.
Səlahiyyəti çərçivəsində hadisələrə başçılıq edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın movcud proseslərə təsirinin xarakteri və dərəcəsinin təhlilinin nəticəsi ona qarşı inam və ümidi daha da artırır. Müasir Azərbaycan tarixinin layiqli həmmüəllifi və başlıca iştirakçısı olması onun timsalında xalqın gözündə güclü rəhbər qadın surəti yaradır və sonsuz məhəbbətlə ifadə olunur. Bu şəxsiyyətin başlıca prinsipi və hərəkətverici səmərəli fəaliyyət amili sevimli xalqına xidmət etmək iradəsidir.
Hesab edirəm ki, çox düzgün olaraq müasir sosioloqlar, tarixçilər, siyasi xadimlər dünyanın inkişaf etmiş ölkələri sırasında yer alan, sabit, qüdrətli və demokratik Azərbaycanın növbəti uğurlu sabahının açarını Mehriban xanım Əliyevanın qətiyyətli iradəsində axtarırlar. Ətrafına intellektual potensialın toplaşdığı AMAC hərəkatının keçirdiyi rəy sorğusunda gələcək prezident seçkilərində respodentlər yekdilliklə Mehriban Əliyevaya səs vermişlər.
E.Çinoy adlı məşhur bir Amerika sosioloqu var. O təkid edir ki, hər yerdə bir qismi idarə edir, digər qismi tabe olur, hərçənd bu axırıncılar hökumətlərə müxtəlif dərəcədə təsir göstərə bilər və nəzarət edə bilər. Mehriban Əliyevanın ən böyük üstünlüyü ondan ibarətdir ki, digər siyasi xadimlərdən fərqli olaraq o, böyük bir qüvvə olan həmin “axırıncılarla” və ümumiyyətlə ictimai tərəqqiyə xidmət edən bütün sosial təbəqələrlə qarşılıqlı inam və etimad əsasında münasibət qura bilmiş və onları öz etibarlı müttəfiqinə çevirmişdir. Və son anda həmişə qalib olmağa qadir olan həmin qüvvələr Mehriban xanıma inanır, onu müdafiə edir və dəstəkləyirlər!
Cəmiyyətin məhsuldar qüvvələri, insanlar, zəhmətkeşlər, maddi nemətlərin istehsalçıları Mehriban Əliyevanın ətrafında həlledici rol oynayırlar və Azərbaycan naminə yaradıcı fəaliyyətə əsaslanan bu xoşməramlı birlik özünü əməli surətdə sübut edir.
2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin ediləndən bəri Mehriban Əliyeva xalqımızın yaradıcı fəaliyyətinin bütün növləri və formaları üçün açılan meydanın daha da genişlənməsinə ciddi cəhd etmişdir. Onun təşkilatçılığı ilə cəmiyyət irəliyə doğru yeni bir addım atdı, mədəniyyətimiz, incəsənətimiz ilə bağlı Azərbaycan tarixi öz zəfər yürüşünü sürətləndirdi.
Mehriban Əliyeva hazırda Azərbaycan Respublikasının Prezidenti olan ömür-gün yoldaşı İlham Əliyevlə birlikdə xalqı döğma Azərbaycan ətrafında daha sıx birləşdirdi və cəmiyyətdə dərin və mütərəqqi sosial - siyasi dəyişikliklərə imza atdı.
Azərbaycanın taleyini xalq həll edir. Tarixin təsdiq etdiyi kimi, xalq kütlələrinin rolu bir çox cəhətdən ondan asılıdır ki, onlara müəyyən tarixi vaxtda, müəyyən bir ölkədə nə kimi siyasi rəhbərlik və ideya rəhbərliyi göstərilir. Xalqımızın müasir tarixi rolunu düzgün qiymətləndirmək üçün ona rəhbərlik edənlərdən biri olan görkəmli şəxsiyyət Mehriban Əliyevanın həqiqi rolunu yüksək qiymətləndirmək lazımdır. Digər tərəfdən xalqın rolunu ona rəhbərlik edənlərdən ayrılıqda nəzərdən keçirmək olmaz. Mehriban Əliyeva nüfuzlu dövlət xadimi olaraq dərindən düşünən rəhbərdir, o çox yaxşı bilir ki, nə lazımdır, nəyin vaxtı çatmışdır və bu zamanda həqiqət nədir.
Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olaraq, şəxsi keyfiyyətləri və istedad dərəcəsindən asılı olaraq öz dövrünün tələbat və vəzifələrinin uğurlu ifadəçisidir. İnsanlar qarşılarında onlara rəhbərlik edən bir fəaliyyət nəhəngi görəndə xoş güzəranlarına əminlik hiss edirlər. və ona sdqi ürəklə arxa-dayaq olurlar.
Siyasi zəkası ilə fərqlənən Mehriban Əliyeva Azərbaycanın sürətli inkişafının əsas strateqlərindən, təşkilatçılarından biridir. Onun Azərbaycanın müasir tarix səhnəsinə gəlməsi ölkə tarixinin gedişinə öz dərin təsirini göstərməkdədir. O, hadisələrin inkişafını, respublikanın müasr tarixin dolanbaclıqları, gözlənilməz dönüşləri elmi surətdə irəlicədən görmək üçün böyük qüvvəyə malikdir. Hazırki şəraitdə yeganə rəhbərdir ki, torpağı işğal olunmuş Azərbaycanın tərəfinə düşmənə qarşı xarici həmfikirlilər cəlb edə bilir.
Qarşısında vətəndaşların öz yaradıcı qüvvələrini, qabiliyyətlərini və istedadlarını tətbiq etmələri üçün, şəxsiyyətin hərtərəfli inkişafı üçün real imkanları genişləndirmək məqsədini qoyan Mehriban Əliyeva dövlətin ümumi mənafeyini, dövlətçiliyin saxlanılıb möhkəmləndirilməsi vəzifələrini ümummilli vəzifələr kimi ön sıraya çəkməyi və gecikmədən həyata keçirməyi məharətlə bacarır.
Mehriban Əliyeva əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan vahid milli dövlət ideologiyasından milli həmrəyliyin daha da möhkəmləndirilməsi, kadrların seçilib yerləşdirilməsində yerliçilik, tayfabazlıq, tərəfkeşlik, qohumbazlıq, etnotəəssübkeşlik və s. kimi neqativ halların dərhal aradan qaldırılması uğrunda barışmaz mübarizədə qətiyyətlə, güzəştsiz istifadə edir. Ona səy göstərir ki, milli ideologiya azərbaycanlıların milli idealı olan azadlıq və müstəqilliyin möhkəmlənməsinə, milli inkişafın təmin olunmasına, respublikanın ərazi bütövlüyünün qorunub saxlanılmasına, xarici təcavüzlərdən etibarlı müdafiə olunmasına və bu işdə etnik mənsubiyyətindən asılı olmayaraq, onun bütün vətəndaşlarının iştirakının təmin olunmasına uğurla xidmət etsin.
Xalqı üçün əvəzolunmaz xidmətlər göstərən Mehriban Əliyeva milli ideologiyadan azərbaycanlıların qüdrətli bir millət kimi formalaşması, azərbaycanlı şüurunun bütün vasitələrlə inkişaf etdirilməsi, Azərbaycan Respublikasına mənsubluq, onun maddi və mənəvi sərvətlərinin tam və bərabərhüquqlu sahibi şüurunun möhkəmləndirilməsi işi naminə məharətlə istifadə edir.
Uğurlu siyasi və dövlət xadimi Mehriban Əliyevanın əsaslandığı milli ideologiya ümumbəşəri mənəvi dəyərlərlə milli-mənəvi sərvətlərin vəhdətinə, Azərbaycanda məskunlaşmış bütün millət və xalqların bir amal uğrunda mübarizəsinə, onların tam hüquq bərabərliyinə, Azərbaycan Vətəni üçün onların hamısının öz maddi və mənəvi məsuliyyətlərinin dərk olunmasına yönəlmişdir.



Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi
Ədalət Abdinov
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz