Naxçıvan Muxtar Respublikasının şəriksiz və şübhəsiz sahibi Vasif Talıbovun böyük oğlu Rza Talıbovun həm də bir elm adamı olması faktı hər kəsi heyrətləndirib. DİA.AZ bildirir ki, bu barədə məlumatı tanınmış jurnalist Cavanşir Həsənli paylaşıb.
Qeyd edək ki, Rza Talıbov Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviridir. Onun siyasi elmlər üzrə fəlsəfə doktoru olması isə bir başqa aləmdir. Maraqlıdır ki, Naxçıvan Xanının böyük oğlu Rza Talıbov Batumi Dövlət Universitetinin fəxri doktoru imiş.
DİA.AZ bildirir ki, bu faktı açıqlayan C.Həsənli daha sonra əlavə edir: "Rza Talıbov Batumi Dövlət Universitetinin fəxri doktorudur. O bu titulu 10 milyon dollara Batumidəki "Divan Suites" hoteli ilə bir yerdə alıb".
DİA.AZ