Məlum olduğu kimi, son həftələr koronavirusla bağlı dünyada vəziyyət yenidən pisləşməyə doğru gedir. Azərbaycanda da yoluxma sayının dinamik artımı ölkəmizdə bu mövzu ilə bağlı narahatlığı gücləndirib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesusun artıq dünyada vəziyyətin acınacaqlı olduğunu qeyd etməsi yenidən həyacan siqnalının verilməsi deməkdir. Onun sözlərinə görə, koronavirus mutasiyaya uğramağda davam edir, buna görə də hazırda bu qrupa aid edilmiş dörd ştamma – “Alfa”, “Beta”, “Qamma” və “delta”ya əlavə olaraq yeni, xüsusilə təhlükəli variantların ortaya çıxması ehtimalı ciddi narahatlıq doğurur.
O qeyd edib ki, son zamanlar ÜST-ün altı bölgəsindən beşində yoluxma hallarının sayında qeyd olunan kəskin artıma səbəb “Delta” variantıdır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycandan əvvəl qonşu ölkələrdə vəziyyətin pisləşdiyi müşahidə edildi. Amma sərhədlərin bağlı olduğu şəraitdə yoluxma mənbələrinin daxildə olduğu yəqindir. Yoluxma sayının dinamik şəkildə artmasının birinci səbəbi isə heç şübhəsiz ki, şəhərdaxili nəqliyyatdir. Qapalı yerlərdə maska tələbinin aradan qalxması təhlükə risqinin dəfələrdə artmasına münbit şərait yaradır. Redaksiyaya gələn şikayət məktublarından birində daha bir yoluxma mənbəynini göstərilməsi marağımıza səbəb oldu və Azədə Məmmədova adlı oxucumuzun bu narahatlığını bölüşmək qərarına gəldik. Məktubda bəhs edildiyinə görə, ən böyük yoluxma mənbələrindən biri təhlükəsizlik məqsədilə Bakı Metropoliteninin stansiyalarının girişində metro polisi tərəfindən sərnişinlərin çantalarının yoxlanılması üçün istifadə edilən X-RAY cihazıdır.
Xeyr, oxucu Bakı Metropolitenində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu rəqəmsal sistemin istifadəsindən narazılıq etmir, onun naharahatlığı gün ərzində minlərlə insanın irili-xırdalı boyük zənbillərinin, əl çantalarının sistemdən keçərkən oranın həddən artıq çirklənməsi ilə bağlıdır: “Hər kəsə metropolitenin ən rahat ictimai nəqliyyat oldugu gun kimi aydındır. Son illərdə metrostansiyalarda aparılan yenidənqurma, modernləşmə proseslərini Bakı sakini olaraq yüksək qiymətləndirirk. Qatarların yenilənməsi, vaqonlarda ideal təmizliyin olması, havalandırma sistemlərinin normal çalışması alqışa layiq göstəricilərdir. Lakin metropolitendə əsas problem sərnişinlərin təhlükəsizliyi məqsədilə quraşdırılmış rəqəmsal sistemin içərisinin günün sonunadək təmizlənməməsi , dezinfeksiya işlərinin görülməməsidir. Təmizliyin getdiyi müddətdə polislər əl cihazı ilə cantaları müvəqqəti yoxlaya bilər, sonra isə yenidən aparatdan istifadəyə davam edərlər.
Pandemiyanın pik həddə yüksəldiyi dövrdə polislər tərəfindən metro sərnişinlərinın qızdirması ölçülür, xəstələrin girişinin qarşısı alınırdı. Amma indi minlərlə şəxsin içində kimlərin karona virusu daşiyıcısı olduğunu kim bilir? Xəstələrin çantasından yoxlama sisteminin virusa bulaşmadığına kim qarantiya verə bilər? Bundan başqa çirkli və toz içində olan aparata əl çantasını kim qoymaq istər ki? Metropolitendə təhlükəsizlik qaydalatına əməl olunmasının tərəfdarıyıq. Amma bu cihazların təmizliyinə və dezinfeksiya olunmasına nəzarət edən varmı? Sirr deyil ki, həmin nəzarət aparatlarının canta qoyulan döşəmə hissəsi cox acınacaqlı və kirli vəziyyətdədir. Mən ora əl cantamı qoyub sonra əlimə ala bilmirəm. İnanın, baxanda adamın ürəyi bulanır. Mən çantamda antiperspirant maddələr gəzdirirəm. Və aparatdan çıxan çantamı bu vasitələrlə təmizləyib sonra əlimə alıram. Amma bunu hamı etmir,
vuruslu ( çox guman) canta və zənbillərini yoxlama aparatından götürüb eskalatorla aşağı və yuxarı enir, qatarlara əyləşirlər. Həmçinin, özləri ilə birgə başqalarını da yoluxdururlar. Mən “Gənclik” stansiyasında nəzakətlə gənc polisə müraciət etdim ki, çantamı əl çihazı ilə yoxlasın, və ya açım içinə nəzər salsın. Amma səsinin tonunu qaldıraraq əində işi olduğunu, çantanı yoxlama aparatına qoymağımı əmr elədi. Halbuki oğlum yaşda idi və gördüyü iş də telefonda kiminləsə yazışmaqdı. Onu mədəni şəkildə nə qədər başa salmağa çalışsam da dediklərimi qulağardına vurdu. Cavab olaraq yenə kobudluqla “xanım mən sizi içəri buraxmıram, avtobusla gedin” dedi. Bakıya hər gün rayonlardan və xaricdən minlərlə qonaq gəlir. Onlar təbii ki, metro xidmətindən də istifadə edirlər. Belə kobudluqla qarşılanan sərnişin ölkəmiş haqda hansı düşüncədə olacaq, bu barədə fikirləşən varmı?”