Ölməz ədibimiz Cəfər Cabbarlının 1905-ci il hadisələrindən bəhs edən pyesində yer alan bu replikanın sətiraltı mənası zaman- zaman təsdiqini tapmaqda davam edir.
Birinci Pyotrun “parçala və hökm sür” tezisinin əks olunduğu vəsiyyətinə idərəçilik quruluşundan asılı olmayaraq Rus imperiyasının bütün dövrlərində ciddi əməl olunub. Ruslar həmişə öz hakimyyətlərinə qarşı təhlükə hiss etdikdə, müstəmləkəsinə çevirdiyi xalqlar milli azadlıq uğrunda mübarizəyə qalxdığı vaxtlarda həmişə mənəvi ataları saydığı Pyotrun vəsiyyətindən yararlanmağa çalışıbar.( Putinin həmişə I Pyotrdan sitat gətiməsi təsadüfi deyil.) Avropa ölkələrində qurduqları sosialist rejimləri qorumaq üçün də, 15 müttəfiq respublika rəhbərlərinin müstəqil davranışlarına qarşı da həmişə bu vəsiyyətə uyğun metodlar işləyib hazırlayaraq asi olanın başını“əziblər”
Bu zaman isə həmin ölkələrdə olan “beşinci kalon”dan, milli satğınlardan, pul və vəzifə naminə anasını satmağa hazır südü pozuq şərəfsizlərdən istifadə ediblər. Azərbaycana qarşı onlar öz əməllərini bir qayda olaraq, ermənilərin əli ilə həyata keçiriblər. Azərbaycanda ötən əsrin sonlarında genis vüsət alan milli-azadlıq mübarizəsinə də hayların əli ilə son qoymağa çalışdılar. Həmişə rusların “çirkli” işlərini görən, təxribatlar törətməkdə tayları olmayan haylar bu hadisələrdən öz xeyirləri üçün yararlanmaq fürsətini qaçırmadılar. Nəticədə yuz minlərlə insan ev-eşiyindən oldu, hər iki tərəfdən minlərlə gənc həyatını itirdi. Əldə etdikləri isə mevəqqəti qələbə və “dəmir yumruq”dan sonra xəyal qırıqlığına uğramaq oldu. Hazırda az da olsa, durumu düzgün qiymətləndirən, uzun illər böyu rusların aləti rolunu oynadıqlarını anlayan erməliləri görmək mümkündür.
Keçən həftə Surmalıda baş verən partlayısda rus “izi” -nə rast gələn ermənilər artıq bu oyunların fərqinə varmağa başlayıblar. Belə ki, erməni mətbuatıının araşdırmasına görə, Rusiyanın televiziya kanalı hadisədən bir gün əvvəl həmin ticarət mərkəzinin yanındakı otelə yerləşib, partlayışdan iki saat əvvəl isə hadisə barədə məlumat yayıblar. Lakin bu məlumatı tez silərək baş verəndən dərhal sonta yenidən yerləşdiriblər. Rusiyanı kəskin şəkildə ittiham edən ermənilər bir detalı qeyd etməyi unudurlar. Partlayış planını rusların hazırlaması mümkün versiyadır, amma onu həyata keçirənlərin ermənilər oıması dəqiqidir. Tanış mənzərədir, deyilmi? Vaxtilə daşnaklar SSRİ Dövlət Təhlükəsizlik Komitəsi ilə birgə 1988-ci il fevralın 28-də hazırladıqları tragikomediya zamanı da öz həmvətənlərinin həlak olacağını veclərinə almamışdılar. Çünki o vaxt Sumqayıtda zərər görən ermənilərin hamısı “Krunk” təşkilatına pul keçirməkdən imtina edənlər idi. Məhz həmin ermənilərin adları və ünvanları təxribatçılara verilmişdi. Əsrlər boyu qonşuluqda yaşayaraq ölkəmizə qarşı məkrli planlar quran, azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti aparan erməni millətçiləri həmin gün rusların köməyi ilə günişmiqyaslı təxribat həyata keçirdilər.
Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi. Bu qanlı ssenari ilə guya ermənilərin əzildiyini, haqlarının tapdalandığını dünya ictimaiyyətinə təqdim etmək idi. Erməni daşnakları Xocalı qətliamını beynəlxalq müstəvidə “Sumqayıtın qisası” kimi qələmə verdilər.
Habuki bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edirdi. Qriqoryan Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürmüş və erməni qadınlarını zorlamışdı. Ən maraqlı məqam isə SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış vasitələrlə foto-video çəkilişi aparılması və dərhal SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılması idi. Ruslar Surmalı hadisələrində də eyni metoddan istifadə edərək kameralarla əvvəlcədən planlaşdırılmış partlayışın görüntülərini çəkmək üçün hadisə yerində gözləmişdilər. Maraqlıdır ki, ticarət mərkəzində baş verən partlayş öncəsi metro və aeroportun bömbalanması barədə də xəbərlər yayıldı. Bu dezinformasiya hökumət kluarlarında və əhali arasında güclü təsvişə səbəb oldu. Hadisədən dərhal sonra Ermənistan mətbuatında “Sürməli” bazarında baş verən partlayışların, metro və aeroportların minalanması barədə xəbərlərin Rusiya ilə əlaqələndirilməsi qarşı tərəfdə narahatlığa səbəb oldu və bu narahalıq o qədər gücləndi ki, Ermənistana nato verilməsi ilə nəticələndi. Paşinyan rusların etiraz sənədinə rəsmi cavab verməyərək partlayışın terror hadisəsi olmadığını deməklə kifayətləndi.
Ermənistan cəmiyyətinə isə partlayışın arxasında Rusiyanın olması barədə KİV-də başlamış kütləvi təbliğat kompaniyası öz təsirini artıq göstərib və bu hal öz növbəsində, ölkədə antiRusiya övqatının yüksəlməsinə ciddi təsir edib. Belə ki, bu gün ermənilərin əksəriyyəti baş verənlərin arxasında Rusiyanın olduğuna inanır. Təbii ki, Kremldə Ermənistan mətbuatında yer alan ittihamların Paşinyan hakimiyyəti tərəfindən istiqamətləndirildiyindən yxşı xəbərdardırlar. Natoya cavab verilməməsi və Ermənistanda anti- Rusiya əhvalın getdikcə daha da güclənməsi son nəticədə Kremlin təsirli cavab addımlarına əl atacağına işarə edir.