Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.
Bu barədə Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık bu gün Prezident İlham Əliyevlə görüş zamanı bildirib.
Nazir qeyd edib ki, Türkiyə Prezidenti Zəngilan Hava Limanının açılışında iştirak edəcək.
Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi bu ilin sentyabr ayında başa çatacaq.