Sonradan atilan daş dabana dəyər
Atalar sözləri
Vaxtilə Misir Mərdanov ölkə təhsilinin başına oyunlar açanda, mükəmməl bir korrupsiya sistemi formalaşdırıb bu sahəni uçuruma aparanda təhsil ekspertləri, içi mən qarışıq əksər media mənsubları, ziyalı təbəqəsi həyacan siqnalı qaldırıb acınacaqlı durum barədə yazılar verir, nazirin vəzifədən çıxarılması üçün imzalar toplanir, ölkə başçısına müraciətlər ünvanlanırdı.
Çoxları gözləyirdi ki, Təhsil nazirliyində esaslı araşdrma aparılacaq və Misir Mərdanov yol verdiyi əməllərə görə məhkəmə qarşısında cavab verəcək.
Lakin hansısa gizli əl korrupsioner və rüşvətxor məmuru qoruyur və şikayətlərin öz ünvanına çatmasını əngəlləyirdi. Beləliklə 15 il nazir kürsüsündə oturaraq təhsilimizi məhv etməkdə davam edən Misir Mərdanov günlərin birində vəzifəsi ilə vidalaşdı, amma əməllərinə görə ona gözün üstə qaşın var, deyən olmadı. Ondan sonra gələn nazirlərin heç biri təhsildə nəinki müsbət dönüş yarada bilmədi, əksinə Misirin illər uzunu çalışıb hörümçək toruna bənzətdiyi korrupsiya sistemini davam etdirdilər. (desliklərin dərc olunması üçün kecirillən şübhəli tenderler, vahid formail bağlı maxinasiyalar, məktəb binalrının tikintisində silinən vəsaitlər və s.)
Bu gün vaxtilə Misir Mərdanovun əməllərini olduğu kimi davam etdirən və millətə divan tutan nazirlərdən xalq arasında ən çox antipatiya qazanmış olan Sahil Babayevdir. O vəzifəyə gələn kimi, öz sələflərini kəskin tənqid etməyə başladı. İnsanlarda elə ümid yarandı ki, sabiq nazirlərdən qalan problemləri bu gənc və iddialı məmur həll edəcək. Deyir sən saydığını say, gör Sahil Babayev nə sayır.
Azərbaycanda əlilliyin təyinatı prosesindəki problemləri dilə gətirən və sələflərini sərt tənqid edən yeni nazir elə hallara yol verən əməkdaşların aşkar edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacağını qeyd etmiş və diqqətə çatdırmışdı ki, ümumilikdə saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasında süründürməçilik hallarının qarşısının alınması üçün sistemli tədbirlər görüləcək. Sahil Babayevin bu dedikləri hamıda əlilliyin təyinatı sahəsindəki biabırçılıqlara son qoyulacağına dair böyük ümidlər yaratdı. Lakin nazirin vəd etdiyi addımlar gözlənilən effekti vermədi - rüşvət müqabilində əlillik təyinatı mexanizmi mürəkkəbləşdi, üstəlik, paytaxtda və bölgələrdə saxta əlillik kağızlarının verilməsi üçün tələb olunan məbləğ də yüksəldi. Saxta əlıllik alanlarla yanaşı həqiqətən sosial yardıma ehtiyaçı olanların da təqaüdləri kəsildi. Nazirlik 44 günlük Vətən müharibəsində can qoyan qazilərin, şəhid ailələrinin də ciddi narazılığını qazandı.
Saxta əlillik alanlar yenidən rüşvət verib pensiyalarını bərpa
etdirdilər. Yəni nazir şəffaflıq və ədalətli yanaşmanı təmin etmək əvəzinə rüşvətxorluğun həcmini böyütdü. Bu günə qədər də çox ciddi korrupsiya mənbəyinə çevrilmiş prosesə şəffaflıq gətirmək barədə söz verən nazirə bu, nəsib olmayıb.(çünki ortada təmiz işləmək niyyəti və cəhdləri olmayıb. ) Bu, sadəcə yeni nazirin planlarında sərvət toplamaq sisteminin sadəcə bir epizodudur. Nazirlikdə yeyinti üçün daha böyük imkanların olduğunu kəşf edən nazir qollarını çirmələyib işə başladı. Heç kimə sirr deyil ki, əlililyin təyinatı ilə yanaşı, nazirlikdə korrupsiya imkanlarının böyük olduğu ikinci sahə pensiya sistemidir. Vaxtilə S.Müslümovun həyata keçirdiyi “islahatlar” Dövlət Sosial Müdafiə Fondunda da korrupsiya və rüşvətin ən azı olduğu kimi qalmasına xidmət edib. Amma yani nazirin gəlişi ilə heç nə dəyişmədi. bur müddət əvvəl Hesablama Palatasının apardığı çoxsaylı yoxlamaların nəticələri də göstərdi ki, “köhnə hamam, köhnə tas” siyasəti yerindədir. Dəqiq desək, pensiya sistemindəki köklü problemlər davam etməkdədir. Pensiya təyinatı, pensiyaların hesablanması sahəsində vəziyyət bu gün daha acınacaqlı şəkil alıb.
Ekspertlər güman edirdilər ki, saxta əlillik, habelə haqqı çatan adamlara rüşvət vermədikləri üçün sənəd təqdim olunmaması, müavinətlərin verilməsi ilə bağlı qeyri-şəffavlıq, eyni zamanda pensiya təminatındakı korrupsiya ilə əlaqədar ciddi araşdırmalar gedir. Bu prosesin sonunda yüksək vəzifəli şəxslərin, o cümlədən nazirin həbsinin də qaçılmaz olduğu bildirilirdi. Hətta Sahil Babayevin işdən çıxarılacağı, həbs ediləcəyi barədə KİV-də davamlı yazılar gedirdi. Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin son aylar həyata keçirtdiyi kadr islahatları da ölkə ictimaiyyətində narazılıqlar doğurub. Belə ki, hazırda ƏƏSMN-in rayonlardakı idarələrinə təyin edilən məmurların əksəriyyətinin sabiq nazir Füzuli Ələkbərovun dövründə işləməsi və onların adlarının müxtəlif qalmaqallarda hallanması nazirə inamsızlığı artırb. Yazılarda qeyd olunur ki, vaxtilə Füzuli Ələkbərovun yerinə təyin edilən Səlim Müslümov sələfinin bütün rüşvətə bulaşmış kadrlarını çıxardaraq əvəzinə özünün adamlarını təyin etmişdi. İndi isə Sahil Babayev sələfinin kadrlarını çıxardaraq onların yerinə öz yaxın adamlarını, qohumlarını və Füzili Ələkbərovun dövründə korrupsiyaya bulaşmış şəxsləri təyin etməklə məşğuldur. Ölkə mediasında və sosial şəbəkələrdə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və nazirliyin struktrularındakı korrupsiya əməlləri barədə xəbərlər artmaqda davam edir.
Son olaraq nazirin tender fırıldaqları ilə bağlı böyük məğləbdə vəsaitlərin nəcə silindiyi məsləsi də gündəmə gəlib. Ancaq irimiqyaslı faktlar ortada olsa da nə nazir, nə də onun işçiləri məsuliyyətə cəlb olunmayıb. Hətta bir müddər əvvəl Sahil Babayevin barəsində cinayət işinin başlanması üçün ölkədə imzatoplama kampaniyası da keçrildi ş Belə ki, 1000 nəfərin imzasıyla Prezidentə, Baş Prokurora və DTX rəisinə rəsmi şikayət göndərilidi. Şkayətdə qeyd olunurdu ki, Sahil Babayevin 160+ milyonluq dövlət satınalmaları, bir binanı 27 milyon manata təmir etməsi və s. şübhəli məqamlar barədə istintaq başlamalıdır. Amma vaxtilə Misir Məırdanovu ictimaiyyətin qəzəbindən qoruyan hansısa gizli əl bu gün də Sahil Babayevi qorumaqla məşğuldur. Yəni şikayətlərin ünvanına çatmadığı gün kimi aydındır. Təəssüf ki, naziri qoruyan əllər təkcə prezident aparatında deyil. Onun mənfi reputasiyasının yaxşılaşdırılması istiqamətində addımlar atanlar arasında həmkarlarımızın olduğu faktdir. Təbii ki, onlar məddahlıq və saxta materiallardan ibarət yazıları heç də təmannasız dərc etmirlər.
Son zamanlar ölkədə pensiya yaşının azaldıması tələbləri getdikcə daha çox səslənməkdədir. Ölkə ictimaiyyəti, deputatlar bu tələbləri tez-tez səsləndirsələr də həmin çağırışlara məhəl qoyan yoxdur. Azərbaycanda pensiya təminatının 2017-ci ildən sərtləşdiyini deyən Milli Məclisin deputatı Əli Məsimli Azərbaycanda demoqrafik vəziyyətin dəyişdiyini diqqətə çatdıraraq 5 və 5-dən çox uşağı olan ailələrin sayının azaldığını, artıq çoxuşaqlı ailələr məhfumuna yenidən baxımasının vacibliyindən söz açıb. O bildirib ki, son 30 ildə Azərbaycanda ömür uzunluğu cəmi 2 yaş artıb. Azərbaycanda pensiya yaşı kişilər üçün 63, qadınlar üçün 60 yaş olmalıdır.
Ardı var