Axtarış...

İcra başçısı 40 min rüşvət istəyir… - “Binəqədinin də öz prezidenti var”

İcra başçısı 40 min rüşvət istəyir… - “Binəqədinin də öz prezidenti var”


Binəqədi rayon İcra Hakimiyyətinin işçiləri vətəndaş İman Hacıyevin mülkiyyətini söküb.

Millitv.az reportyor.info-ya istinadla məlumat verir ki, mülk sahibi torpağının rəsmi çıxarışı, tikinti üçün icazəsi, təsdiqlənmiş layihəsi olduğunu bildirir.

Bu halda belə, İH ondan istədiyi 40 min manat rüşvəti vermədiyi üçün obyekti sökülüb. Vətəndaş ona dəyən ziyanın ödənilməsini tələb edir. İ.Hacıyevin sözlərinə görə, İH rəsmilərinə ölkənin Prezidenti, qanunları olduğunu xatırladıb, əvəzində ona bildiriblər ki, Binəqədinin də öz prezidenti var. Deyəsən, rayon icra başçısı Elxan Allahverdiyev ayrıca dövlət qurub özünü prezident elan edib.

Text-to-Speech

DİNLƏ






Şərh yaz