Axtarış...

Vüsal Novruzov həbs olunur? - İDDİA

Vüsal Novruzov həbs olunur? - İDDİA


İyun ayının 20-də Gömrük Komitəsində keçirilən əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanıldı. Əməliyyat vaxtı ölkəyə mal idxal edən şirkətlərin bir çoxunun vergidən yayınması, sənədlərin saxtalaşdırılması, idxal edilən malların miqdarının realda olduğu qədər göstərilməməsi və dəyərləndirilməməsi kimi faktlar üzə çıxıb.

Bakı şəhəri istiqamətində malların idxal-ixrac prosesini həyata keçirən əsas terminallarında, Gömrük Komitəsinin Azərterminalkompleks” birliyində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat çərçivəsində terminalların rəhbər şəxsləri, həmçinin “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov da saxlanılıb.

Azsiyaset.com-a daxil olan məlumata görə, Gömrük Komitəsində həbslər davam etdiriləcək. Hətta Bakı Şəhər Baş Gömrük İdarəsinin sabiq rəisi, adı böyük korrupsiya əməllərində hallanan Vüsal Novruzovun da həbs ediləcəyi bildirilir. Hətta onun xaricə çıxışına da qadağanın qoyulduğu daxil olan məlumatlar sırasındadır.

Qeyd edək ki, V.Novruzov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ən yaxın adamlarından hesab olunur. Bu günə qədər onun həbs edilməməsinin əsasən bu amil olduğu heç bir şübhə doğurmur.
Text-to-Speech

DİNLƏ






Şərh yaz